Abiqeyl Dillen (ing. Abigail Dillen; XX əsr) — ətraf mühit üzrə hüquqşünas və ətraf mühit təşkilatı olan Earthjustice-in rəhbəri[1][2][3][4][5]. Dünyadakı bir çox iqlim təşkilatları onun işini "presedent qurmaq" olaraq adlandırır[6][7]. Buna misal olaraq yolsuz ərazilərin mühafizəsi ideasını göstərmək olar. Marie Claire jurnalı onu 2020-ci ilin zaman ustası adlandırır[8].
Abiqeyl Dillen | |
---|---|
ing. Abigail Dillen | |
Doğum tarixi | XX əsr |
Fəaliyyəti | ətraf mühit fəalı[d], vəkil, baş direktor |
Dillen Kaliforniyanın Berkli Universitetinin Hüquq Məktəbində hüquq doktoru dərəcəsi alır və 2000-ci ildən o, Earthjustice ilə əməkdaşlıq edir[9]. O, Earthjustice-də təmiz enerji və kömür proqramlarını idarə edir[10][11]. O, 2018-ci ildə Trip Van Noppenin yerinə baş direktor vəzifəsini tutur[12].
Dillen "All We Can Save" ("Bütün, nə ki, biz qurtara bilərik") antologiyasının müəllifidir[13][14]. O, həmçinin USA Today[15], Huffington Post, The Hill, EcoWatch və digər xəbər platformalarına məqalələr təqdim edir[16].
Dillen Nyu-Meksikoda böyümüşdür. O, memar Casmit Ranqr ilə evlidir[17] və bir oğlu var.