Abissal çöküntülər — dərin dəniz çöküntüləri, abissal zonada 3–4 km-dən çox dərinlikdə müasir və qədim dəniz və okean çöküntüləri. Əsasən karbonatlı və silisli lillər, dərin sulu qırmızı gil daxildir.[1] "Abissal çöküntülər" anlayışı ilk dəfə 1907-ci ildə Almaniya tədqiqatçısı Otto Krümmel tərəfindən təqdim edilmişdir. Onlar müxtəlif mikroorqanizmlərdən və heyvan qalıqlarından (orqanogen çöküntülər), vulkan püskürmələrindən, süxurlardan və minerallardan əmələ gəlir. Abissal çöküntülər okeanın dibinin təxminən 90%-ni əhatə edir.[2][3]