Abraziya (geomorfologiya)

Abraziya proses — dəniz dalğaları və axınların köklü süxurları mexiniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir.[1]

Abraziya — akkumulyativ hamarlanma səthi dəniz dalğalarının abrazion- akkumulyativ fəaliyyəti ilə əlaqədar yaranan üfüqüyə yaxın səthdir. 

Abraziya qalıq qayalar — abrazion proseslər nəticəsində cilalanmış, dağılmaya davamlı möhkəm süxurlardan ibarət qayalar. Dəniz, göl səviyyəsindən yüksələn divar, dəniz boğazı, qüllə, konus və s. formalarda olur. Sinonim: Kekurlar.[2]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Геологический словарь, М: Недра, 1978
  • В. Б. Караулов, М. И. Никитина. Геология. Основные понятия и термины, URSS, М. — 2006

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
  2. Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı,2009, səh.51