Abrikosovlar (rus. Абрикосовы) — Rusiya sahibkarlar, ictimai xadimlər, xeyriyyəçilər ailəsi. Abrikosovlar ailəsi Penza vilayətinin Çembarski rayonunun Troitsk kəndinin təhkimçilərindəndir. Ailənin ilk tanınmış nümayəndəsi Stepan Nikolayeviç Abrikosov Levaşov torpaq sahiblərinin həyətyanı adamı idi. 1804-cü ildə azadlığını almış və ailəsi ilə birlikdə Moskvaya köçmüşdür. Ailə ənənəsinə görə, Stepan Nikolayeviç ərikdən şirniyyatların ustalıqla istehsalına görə Abrikosov ləqəbini almışdır. 1811-ci ildə bu ləqəb soyad kimi təsis edilmişdir. Moskvada Abrikosovlar ailə qənnadı emalatxanası qurmuşdular.[1]