Absorbsiya

Absorbsiya (latinca tərcümədən udma deməkdir) — müəyyən qazın mayedə (absorment) həll olunmasıdır. Absorbsiya-qazın həll olunmasından, sürəti isə mayedə və qaz qarışığındaki qaz konsentrasiyalarının fərqi ilə təyin edilir. Qazın konsentrasiyası mayedə qaz qarışığına nisbətən yüksəkdirsə, qaz mayedən ixrac olur (desorbsiya).

Absorbsiya qazların ayrılmasında tətbiq edilir və başqa sənaye proseslərində (bəzi turşuların alınması və s.) istifadə olunur. Maye absorbentin bütün həcmi ilə məhluldan maddənin sorulması (ekstraksiya), qaz qarışığından isə ərintilərlə alınması (okklyuziya) – Absorbsiya analoji proseslərdir. Çox vaxt Absorbsiya zamanı kimyəvi birləşmələr əmələ gəlir (xemosorbsiya) və ya səthdə maddə udulması (adsorbsiya) baş verir. Texnikada Absorbsiya adətən, qaz qarışığından lazımi komponentləri ayırmaq üçün tətbiq edilir. Mühüm sənaye proseslərindən bir çoxu, məs., nitrat, xlorid və sulfat turşularının istehsalı, sənaye qazlarının zərərli qatışıqlardan təmizlənməsi, qaz qarışığından qaz benzininin, krekinq və piroliz qazlarının çıxarılması Absorbsiyaya əsaslanır. Proses əsas aparatı absorber olan xüsusi Absorbsiya qurğularında aparılır. Absorbsiya hava və qazların təmizlənməsində (məs. əleyhqazda), tez uçan məhsulların (benzin, efir, ətriyyat) udulmasında, bioloji aktiv maddələrin (vitamin, ferment, antibiotik və s.) alınması və təmizlənməsində, poliqrafiya, radioelektronika və s-də tətbiq olunur. Adsorbsiya hadisəsi təbiətdə geniş yayılmışdır.

Absorbsiyanın növü

[redaktə | mənbəni redaktə et]

Fiziki udma və xemosorbsiya fərqlənir. Fiziki udma prosesi kimyəvi reaksiya ilə müşayiət olunmur. Xemosorbsiya zamanı udulmuş komponent absorbent maddə ilə kimyəvi reaksiyaya girir.

Absorbsiya spektroskopiyası

[redaktə | mənbəni redaktə et]

Kvant sistemlərinin energetik hallarını udma spektrləri ilə öyrənən üsullardır. Kvant nəzəriyyəsinə əsasən işığın udulması udan atomlarda, ionlarda, molekullarda və ya bərk cisimdə elektronların enerji baxımından daha dərin səviyyələrdən nisbətən yuxarı səviyyələrə keçidləri ilə əlaqədardır. Əks keçid foton şüalanması və ya şüalanmasız da baş verə bilər və bu keçidə görə udulan enerjinin hansı enerji növünə çevrilməsi təyin edilir. Absorbsiya spektroskopiyası tədqiq olunan maddədən arası kəsilməyən spektrin şüalanması keçəndə, müəyyən, bu maddə üçün xarakter dalğa uzunluqları udulur. Spektral cihazın detektoru keçən işığın intensivliyinin dalğa uzunluğundan asılılığını, yəni işığın udma spektrini qeyd edir. Udma spektrlərini bütün dalğa uzunluqlarında almaq mümkündür, xüsusən radio, infraqırmızı (İQ) və submillimetr diapazonlarında. Absorbsiya spektroskopiyası absorbsiya udma spektral analizinin əsasıdır. Udma spektrlərinə görə maddənin kimyəvi quruluşunu, elektronların metallarda hərəkətini və s. tədqiq etmək olar.[1]

Qazların absorbsiyası

[redaktə | mənbəni redaktə et]
Qazlar А В С Etibarlıdır, t°
Сl +3,0361 -0,046196 +0,0001107 0°-dən 40°-dək
СО2 +1,7967 -0,07761 +0,0016424 0°-dən 20°-dək
О +0,4115 -0,00108986 +0,000022563 0°-dən 20°-dək
H2S +4,3706 -0,083687 +0,0005213 0°-dən 40°-dək
N +0,020346 -0,0000538873 +0,000011156 0°-dən 20°-dək
H +0,0193 - - 0°-dən 20°-dək
  1. Leiviskä, Tiina; Gehör, Seppo; Eijärvi, Erkki; Sarpola, Arja; Tanskanen, Juha. "Characteristics and potential applications of coarse clay fractions from Puolanka, Finland". Central European Journal of Engineering. 2 (2). 10 April 2012: 239–247. Bibcode:2012CEJE....2..239L. doi:10.2478/s13531-011-0067-9.
  • Смидович Е.В. "Технология переработки нефти и газа", ч.2, М., 1968;
  • Некрасов Б.В. "Основы общей химии",т.1, М.1973.