1866-cı il Abxaziya üsyanı, həmçinin "Qəribə" üsyan — Abxaziyada kəndli üsyanı. Üsyanın səbəbi kəndlilərin Rusiya imperiyası hökumətinin hazırladığı aqrar islahat şərtlərindən narazılığı idi. Üsyan 26 iyulda 1866-cı ildə Lıxnı kəndində (indiki Qudauta rayonu) başlamış və tezliklə demək olar ki, bütün Abxaziyaya yayılmışdır. Üsyanlarda 20 minə qədər insan iştirak etmişdir. 4 min nəfərdən çox döyüşçüdən ibarət üsyançı dəstələr 27 iyulda Suxuminin ətrafına nəzarəti ələ keçirmişdilər. Üsyançıların Suxumi qalasını ələ keçirmək üçün dəfələrlə etdiyi cəhdlər uğursuz olmuşdur. Ardınca üsyana rəhbərlik Rusiya hakimiyyəti ilə razılaşmağa çalışan abxaz zadəganlarının əlinə keçmişdir. Üsyan qoşunlar tərəfindən yatırıldıqdan sonra 15 nəfər səhra məhkəməsinə gətirilmiş, onlardan üçü ictimai şəkildə edam edilmişdir, bir çox üsyançı Abxaziyadan sürgün edilmişdir. Məhkum olan kəndlilərin bir qismi Osmanlı Anadolusuna köçmək əvəzinə, cəzalarını Sibirdə çəkmək üçün könüllü olaraq xristianlığı qəbul etmişdilər.[1]
Abxaziya üsyanı | |
---|---|
Tarix | 1886 |