Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Acı-qovuqyarpaq xaçgülü | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Acı-qovuqyarpaq xaçgülü |
||||
Beynəlxalq elmi adı | ||||
|
Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.[1]
BQ qərbi, BQ Quba sahəsinin subalp və alp qurşaqlarında yayılmışdır. Yuxarı dağ çəmənlərində, daşlı və qayalı yamaclarda, qaya töküntülərində bitir.[2]