Acıdərə — Şamaxı rayonu ərazisində dağ.
Acıdərə dağı |
---|
Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3. Qax rayonu ərazisində dərə; 4. Tovuz rayonu ərazisində dərə və s. Mütəxəssislərin slatistik hesablamasına görə, respublika ərazisində 50-dən artıq Acıdərə oronimi qeydə alınmışdır. Oronim acı və dərə sözlərindən düzəlib, obyekt örtüyünü dad cəhətdən təyin edir. Məs., Qazax rayonundakı Acıdərə həmin dərədən axan Acısu çayının, Qax rayonundakı Acıdərə isə oradan axan Acıçayın suyunun dadının acı olmasına görə belə adlandırılmışdır. Cənubi Azərbaycanda da Acıdərə oronimi qeydə alınmışdır.[1]