Acıdağ — Goranboy rayonu ərazisində dağ.
Acıdağ | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 807 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Hündürlüyü 807 metrdir. Oronim acı və dağ sözlərindən düzəlib. Mütəxəssislərin fikrincə,oronimin birinci komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı maddələrlə zəngin olduğunu bildirir. Başqa mülahizəyə görə,dağın adındakı acı sözü oradakı otların acı olmasını əks etdirir. İlin üç fəslində bu otlar acı olduğu üçün heyvanlar onu yemir. Yalnız qışda bu otlar quruduqda yem üçün yararlı olduğundan maldarlar qış qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin onu da əlavə etmək lazımdır ki, acı taş ifadəsi qədim türk dillərində "zəy, zəyli" mənalarında işlənmişdir. Ərazidəki Zəylik, Zəylikçay coğrafi adları bu fikri təsdiqləyir.Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmışdır.[1]