Acılıqotu və ya efedra (lat. Ephedra) — çılpaqtoxumluların acılıqotukimilər fəsiləsindən həmişəyaşıl kol və ya ağac cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur.
Acılıqotu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Dəstə: Fəsilə: Cins: Acılıqotu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır.