Acanthaster planci

Acanthaster planciAcanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdəAfrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır.

Acanthaster planci
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Acanthaster planci
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Tailand sahillərində parlaq Acanthaster planci

Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır.[3] Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.

Yetkin Acanthaster planci 25-40 sm böyüklüyündədir, bəzən 80 sm böyüklüyünə çata bilirlər. Qısa və üçbucaq kəsikli 8-25 ədəd qola sahibdir; gənclərdə adətən 5, yaşlılarda 16 qol olur. Əsasən qəhvəyi və ya boz-yaşıl rənglərdə olur, amma bəzən parlaq rəngli nümayəndəlilərinə rastlamaq mümkündür.[3][4]

Üzərindəki tikanlar tac əmələ gətirir. Tikanlar sərt və kəskindir, yumşaq səthləri asanlıqla dələ bilir. Dənizdən çıxarıldığında gövdə səthi yırtılaraq gövdə mayeləri xaricə axar və bədən içinə çökərək düzləşir.

  1. Clark, Hubert Lyman, 1870-1947 The echinoderm fauna of Torres Strait: its composition and its origin (ing.). Washington, D. C: 1921. P. 101. 334 p. doi:10.5962/BHL.TITLE.14613
  2. Sigl R., Steibl S., Laforsch C. The role of vision for navigation in the crown-of-thorns seastar, Acanthaster planci (ing.). // Sci. Rep. Macmillan Publishers, NPG, 2016. Vol. 6. P. 30834. ISSN 2045-2322 doi:10.1038/SREP30834 PMID:27476750
  3. 1 2 [Birkeland and Lucas Acanthaster planci: major management problem of coral reefs] (#bad_url). Florida: CRC Press. 1990. səh. 97–98. ISBN 0-8493-6599-6.
  4. Shedd, John G. "Crown of Thorns Sea Star". Shedd Aquarium. 2006. 2014-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]