Vaşinqton, Kolumbiya Dairəsi (ing. Washington, D.C.) — Amerika Birləşmiş Ştatlarının paytaxtı və federal dairəsidir.
Vaşinqton | |
---|---|
Washington[1][2][…] | |
38°53′42″ şm. e. 77°02′12″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 16 iyul 1790[2][3] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 72 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 202 |
Poçt indeksi | 20001–20098, 20201–20599 |
Digər | |
dc.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəsmi adı Kolumbiya Dairəsi (ing. district of Columbia, qısaldılmış şəkildə D.C., "Di-Si"). Ölkənin şimal-qərbindəki eyniadlı ştatla qarışdırmamaq üçün amerikalılar danışıq dilində şəhəri adətən "Di Si" və yaxud "Vaşinqton Di Si" adlandırırlar
Paytaxt salınması üçün Potomak çayı sahilini ölkənin ilk prezidenti Corc Vaşinqton seçib və şəhərin əsası 1790-cı ildə qoyulub. 1800-cü ildə Vaşinqton rəsmən Birləşmiş Ştatların paytaxtı elan olunub.
Dünyanın paytaxt şəhərləri ilə müqayisədə bu şəhərin bir neçə xüsusiyyəti var. Vaşinqton məhz paytaxt funksiyasını yerinə yetirmək üçün salınan şəhərdir. Bundan başqa, məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda Konqres binasından hündür bina tikməyə icazə verilmir. Bu qadağının məqsədi ölkədə Konqresin və qanunların hər şeydən uca olduğunu göstərməkdir. Xatırladaq ki, Kapitoli təpəsində tikilmiş və xalq arasında "Kapitoli" adı almış Konqres binası 1800-cü ildə istifadəyə verilib, lakin bu, heç də o demək deyil ki, paytaxt başdan-başa üç və ya beşmərtəbəli binalardan ibarətdir. Şəhərdə kifayət qədər 10–12 mərtəbəli binalar da var. Sadəcə, Kapitolinin özü təpəlikdə tikildiyindən digər binalar Konqres binasından hündür olmur və onun əzəməti qarşısında çox kiçik görünürlər.
Kapitolinin bünövrəsindən binanın günbəzinin ən uca nöqtəsinə qədər olan məsafə 287,5 fut və ya 87,6 metrdir. Vaşinqtonun bir özəlliyi də bu şəhərdə iri zavod və fabriklərin olmamasıdır. Hələ şəhər salınarkən burada əhalinin sıx yerləşməsinin qarşısını almaq məqsədilə qərara alınıb ki, paytaxtda sənaye sahələrinin inkişafı məhdudlaşdırılsın və Vaşinqton yalnız siyasi-inzibati və mədəni şəhər kimi formalaşdırılsın.
Vaşinqtonda bilavasitə şəhər əhalisinin tələbatını ödəmək üçün nəzərdə tutulan infrastruktur sahələri (çörəkbişirmə, sərinləşdirici içkilər və s.) ilə yanaşı, yalnız poliqrafiya sənayesi geniş inkişaf edib ki, bu da paytaxtda çoxsaylı qəzetlərin nəşri və kitab çapı ilə bağlıdır. Təsadüfi deyil ki, amerikalılar Vaşinqtonu zarafatla qanunlar, dövlət qərarları və yeniliklər "istehsal" edən şəhər adlandırırlar. Vaşinqton həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir. Belə binalardan biri və birincisi, təbii ki, Ağ evdir.