Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü.
Ziyilli qoz gənəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir.
Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir. Yazda işıq düşən yarpaqların üzərindəki fırların rəngi çəhrayı və ya sarımtıl, yayın ortalarında qırmızı, payızda — vegetasiyanın sonunda isə tünd albalı rəngində olur. Kölgə düşən yarpaqlarda olan fırların rəngi sarı qalır və yarpaq damarlarının yanında yerləşir. Payızda isə tumurcuqlarda paslı ərp tipində görsənir
Qoz meyvəsinin əmələ gəlməsinə yaxın görünməyə başlayan bu gənələr, həm də qozun mətli hissəsində məskən salır. Orada yarpaqlarda əmələ gələn fırlara nisbətən iri, açıq yaşıl rəngli (qozaların rəngində) fırlar əmələ gətirirlər. Ziyilli qoz gənəsinin inkişaf mərhələsi belədir: yumurta – nimfa I – nimfa II – yetkin fərd. Dişilər cavan zoğlarda tumurcuqların əsasında, catlarda və digər bu kimi yerlərdə qışlayır. Yaz miqrasiyası aprel ayından başlayır və tumurcuqların açılması dövrünə təsadüf edir. Tam formalaşmış fırlar may ayının ortalarında əmələ gəlir. Elə bu zaman da dişilər kürəyə bənzər formada yumurtalar qoymağa başlayır. Birinci generasiya iyunun axırında başa çatır və şəraitdən asılı olaraq 3-5 nəslə başlanğıc verir. Birinci nəslin inkişafı təxminən bir ay çəkir. Gənələrin sayının artması iyun ayından başlayır və iyul ayının ikinci yarısında maksimuma çatır. Bir fırda ən azı 50-ə qədər fərd olur. Bu vaxtdan payız miqrasiyası başlayır. Bu gənə növünün yayda qoz yarpağı üzərində yaratdığı yeni fırlar həmin yarpağı möhkəm deformasiya etməklə, bütöv yarpaqların inkişafını ləngidir.
Ən çox rütubətli yerlərdə bitən cavan ağacları yoluxdurub, onların uc yarpaqlarını zədələyən, Aralıq dənizi – Orta Asiya növü olan gənədir.
Azərbaycanda ilk dəfə S.H.Xəlilova (1957, 1965) tərəfindən (Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Xaçmaz, Dəvəçi, İmişli rayonlarında) öyrənilmişdir. Qazax rayonunun Xılxına kəndində də rast gəlinmişdir.