Actebia praecox

Actebia praecox (lat. Actebia praecox) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actebia cinsinə aid heyvan növü.

Actebia praecox
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Actebia praecox
Beynəlxalq elmi adı
  • Actebia praecox

Qanadları açılmış halda 45-48 mm-dir. Ön qanadları yaşılımtıl-qonur, yaxud yaşıl olub göyümtülə çalır. Arxa qanadları qonur, kənarları tünddür, kənarları ağ saçaqlıdır.

Arealı və sayı

[redaktə | mənbəni redaktə et]

Palearktikanın səhra-meşələrində və Rusiyada geniş yayılmışdır. Azərbaycanda arealı olduqca məhduddur, yalnız Böyük Qafqazın dağətəyi və dağlıq hissəsində nadir hallarda təsadüf edilir. Cəmi 2 kəpənəyi Quba rayonundan iyunda toplanmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Meşə açıqlıqlarında, çay kənarları və meşəətrafı sahələrdə yaşayır. Azərbaycanda biologiyası öyrənilməmişdir. Tırtılı torpaqda qışlayır. İyunun axırlarında tırtıl inkişafını başa vurur və puplaşır. Pup dövrü 25-30 gün çəkir. Tırtıl polifaqdır, yabanı və mədəni bitkilərlə, ən çox bağayarpağı, yovşan, südləyən paxlalı və bostan bitkiləri ilə qidalanır. Kəpənəyi maydan oktyabra qədər uçur. Ehtimal ki, ildə iki nəsil verir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərinin antropogen təsirlərə məruz qalması, kəpənəyin kolleksiyaçılar tərəfindən tutulması məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində qoruqların, yasaqlıqların yaradılması, sayını nəzarətdə saxlamaq üçün yaşayış yerlərinə müntəzəm monitorinqlərin təşkil edilməsi qorunması üçün qəbul edilən tədbirlərdəndir.