Adalar adası

Adalar adası[1] (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Adaada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır.

Adalar adası
ukr. Адалари, krımtat. Adalar
Adanın görünüşü
Adanın görünüşü
Ümumi məlumatlar
Hündür nöqtəsi 48 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
44°32′32″ şm. e. 34°17′46″ ş. u.
Ölkələr
Akvatoriya
Adalar adası xəritədə
Adalar adası
Adalar adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu söz Krımtatar dilindəki adalartürk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur.

Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.

Adada qarabatdaqların yuvaları üstünlük təşkil edir.

Qayalar qədim zamanlarda sahillə birləşmiş vəziyyətdə olmuşlar. Lakin tədricən dəniz vasitəsilə qayalar sahildən aralandı. İndi sahildə yalnız qayaların su altında dəniz yosunları ilə zəngin əhəngdaşı dağ silsiləsinin qalıqları qalmışdır. Qayaların birində XX əsrin başlanğıcında restoran fəaliyyətə başlamışdı. Həmçinin sahildən qayalığa doğru asma körpü tikilmişdi. Bunun üçün qayada tunel qazılmışdır. Körpünün tikintisinin qurtarmasına Birinci Dünya Müharibəsi mane oldu.[2] Qayalardan birinə İkinci Dünya Müharibəsi zamanı aviasiya bombası düşmüşdür.

Mədəniyyətdə rolu

[redaktə | mənbəni redaktə et]

Adalar adası Gurzufun simvollarından biri hesab olunur və Krımın bütünlüklə cənub sahilini əhatə edir. Bu qayalıqlar haqqında əfsanələr yaranmışdır.[3]

Qayalar haqqındakı məşhur əfsanələrdən biri də bu əfsanədir. Deyilənə görə, iki qardaş öz müəllimlərinə və valideynlərinə qulaq asmırlar. Cadügər isə sözə baxmayan qardaşları iki qayaya çevirir. Həmin gündən xalq qayaları- əkiz qayalar adlandırıblar.[4]

Adaların adı tez-tez Arteklərin mahnılarında xatırlanır.[5][6] "Artekin fotokartoçkası" mahnısında adanın adı xatırlanır.[7] Bu mahnı Mərkəzi Televiziya və Ümumittifaq Radiosunun Böyük uşaq xorunun ifasında daha da məşhurlaşmışdır.

  1. Адалары Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine // Топонимический словарь Крыма. EdwART. 2011.
  2. Прогулка по Гурзуфу Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine, gurzyf.ru
  3. "Адалары". 2013-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
  4. "Легенда об Адаларе". 2013-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
  5. Песни Артека — Песня о "Прибрежном" Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine, artek-songs.itkm.ru
  6. Песни Артека — Прощальная Артековская Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine, artek-songs.itkm.ru
  7. SovMusic.ru — Фотокарточка Артека Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine, sovmusic.ru