Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir.
Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s.
Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.