Mindanao dənizi (ing. Bohol Sea) (Bəzən Bohol dənizi adlandırırlar) — Sakit okeanında adalar arası dəniz olaraq Filippin arxipeaqına daxil olan, Sikixor, Bohol, Leyte (şimalda) və Mindanao adası (cənubda) arasında yerləşir. Şərqdə Suriqao boğazı ilə Filippin dənizi ,qərbdə isə Sulu dənizi ilə burləşir. Dərinliyi 1975 m təşkil edir. Orta illik temperatur 28 s təşkil edir. Axınlar əsasən qərbə doğru istiqamətlənir və sürəti 2 km/s təşkil edir. Mindanao adası sahillərində İliqan ,Hinqooq ,Makalahor və Butuan körfəzləri yerləşir. Duzluğu 34,5 ‰ təşkil edir. Sahillərində çoxlu nərcan rifləri vardır. Əsas limanları Mindanao adasında olan Kaqayan-de-Oro və Butuandır. Dənizə axan ən iri çay Aqusandır.
Mindanao dənizi | |
---|---|
ing. Bohol Sea | |
| |
Ümumi məlumatlar | |
Dərin yeri | 1975 m |
Duzluluğu | 34 ‰ |
Yerləşməsi | |
9°11′00″ c. e. 124°28′30″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Üst akvatoriyası | |
Yerləşməsi | Cənub Şərqi Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |