Adalar sahildə yaranır (film, 1988)

Adalar sahildə yaranır filmi rejissor Rais İsmayılov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır.

Adalar sahildə yaranır
Janr sənədli
qısametrajlı
Rejissor Rais İsmayılov
Ssenari müəllifi Zoya Omelyan
Operator Çinar Məcnunbəyov
İstehsalçı Azərbaycantelefilm (Azərbaycan televiziyası)
İlk baxış tarixi 1988
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 14 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1988
Texniki məlumatlar 2 hissə
Rəng rəngli

Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Zoya Omelyan
Rejissor: Rais İsmayılov
Operator: Çinar Məcnunbəyov

Azərbaycan filmlərinin siyahısı
1988-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı