Adam — 2018-ci ildə çəkilmiş Türkiyə–Azərbaycan birgə istehsalı filmi.[1] Rejissoru Emil Ali dir
Adam |
Janr |
sənədli film |
Rejissor |
Emil Ali |
Prodüserlər |
Ali Araz Qan Turalı |
Operator |
Emil Ali |
Bəstəkar |
Aleksandr Shamaluev |
İstehsalçılar |
Alfeka Filmworks ZenFilm |
İlk baxış tarixi |
26 oktyabr 2018 |
Filmin növü |
qısametrajlı sənədli film |
Müddət |
11 dəq. |
Ölkələr |
Türkiyə Azərbaycan |
Dil |
azərbaycanca |
İl |
2018 |
Rəng |
ağ-qara |
Kürdili yarımadası 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilir.[2] Yarımadada yerləşən iki kənddə yaşayanlar zamanla adayı tərk edir, ancaq Vitali üçün ada son dayanacaq olur. Atasını və anasını torpağa verdiyi, uşaqlığının, gəncliyinin keçdiyi vətənini tərk etmir. Zamanla hərkəs adanı tərk edir, artıq geriyə böyük bir torpaq parçası və 66 illik bir ömürün demək olar ki, hamısını bu adada keçirmiş olan Vitali qalır. "Adam" sənədli filmi Vitali Proninin gözündən Kür dili yarımadasının tərk ediliş hekayəsini diqqət mərkəzi çevirərkən, yalnız bir adamın xatirələrini canlandırır və arzularını paylaşır.[3][4][5]
- Quruluşçu rejissor: Emil Ali
- Quruluşçu operator: Emil Ali
- Prodüser: Ali Araz[türk.], Qan Turalı
- Bəstəkar: Aleksandr Şamaluyev
- Səs mix: Turap Başel
- Montaj: Ahtam İbragimov, Fərid Şahbazov
- İcraçı prodüser: Fuad Cəfərov
- Məsləhətçilər: Gümrah Ömər, Amid Qasımov[6]
- 9-cu Start Beynəlxalq Qısa Film Festivalı – Ən Yaxşı Sənədli Film (Qızıl Nar) – 2018[7][8]
- 12-ci İstanbul Memarlıq və Şəhər Qısa Filmləri Festivalı – İkinci Ən Yaxşı Sənədli Film – 2018[9][10]
- 13-cü İstanbul Crossroads Beynəlxalq Film Festivali – Ən Yaxşı Operator – 2018[11]
- 18-ci Kisa-Ca Beynəlxalq Tələbə Filmləri Festivalı – Kemal Öner Özəl Mükafatı – 2018[12][13]
- 15-ci Beynəlxalq Snow Qısa Film Festivalı – Birinci Ən Yaxşi Sənədli Film – 2019
- 9-cu İstanbul Okan Universiteti Tələbə Filmləri Festivalı – Jüri Özəl Mükafatı – 2019
- Sinekültür Universitetlər arası Qısa Film Yarışması – Ən Yaxşı Sənədli Film – 2019
- TFAYY Migration Film Festival — Jury Special Prize – 2019
- Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafatı "Ən Yaxşi Rejissor" (Sənədlidə) Nominant – 2018
- Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafati "Ən Yaxşı Qısametarajlı Sənədli Film" Nominant – 2018[14]
- 2-ci Afsad Beynəlxalq Qısa Film Festivali – Rəsmi Nümayiş – 2018[15]
- 2-ci Bingöl Beynəlxalq Qısa Film Festivlı – Finalist – 2018[16]
- 5-ci Uşak Qanadlı Dənizatı Beynəlxalq Qısa Film Festivali – Finalist – 2018[17][18]
- Inshort Beynəlxalq Film Festivali – Finalist – 2018
- World Film Fair – 2018[19]
- 41-ci Clermont Ferrand Beynəlxalq Qısa Film Festivalı, Film Market: Türkiyədən Qısalar – 2019
- 14-cü İşçi Filmləri Festivalı – Rəsmi Nümayiş 2019
- 17-ci İstanbul Çevre Qısa Film Festivalı – Finalist 2019