Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi[1].
Gümrah Ömər | |
---|---|
Ömərov Gümrah Rza oğlu | |
Doğum tarixi | 23 iyul 1973 (51 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | Rejissor |
Fəaliyyət illəri | 2000-ci ildən indiyə kimi |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Teatr | Azərbaycan Dövlət Yuğ Teatrı |
1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb,[2][3] 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur.[4] 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.[5]Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır[1].
"Yuğ" Dövlət Teatrı | |||
---|---|---|---|
Tamaşanın adı | Əsərin müəllifi | Əsər | Qeydlər |
Sonuc | Mövlud Süleymanlı | "Satqın" hekayəsi | |
Dadaş | Cəlil Məmmədquluzadə | Əsərləri əsasında | |
Formalar | Anton Çexov | "Qağayı" pyesi | |
Hop-Hop | Mirzə Ələkbər Sabir | Şeirləri əsasında | |
Car | Rüstəm İbrahimbəyov | "Arabir görüşməyə kişi axtarıram" piyesi | |
Əl-kimya | Yohann Volfqanq Göte | "Faust" faciəsi | |
Hicr[6] | "Mən Məhəmməd Füzuli" layihəsindən | ||
Qəbir qazma üsulu[7][8] | Adolfo Bioy Kasares | "Qəbiri necə qazırlar?" hekayəsi | |
Naməlum Axundzadə[9][10] | Mirzə Fətəli Axundov | Komediyaları və "Kəmalüddövlə məktubları" fəlsəfi traktatı əsasında | |
Mən…Sən…Biz… | Perfonmans-Beynəlxalq layihə | ||
Məhşər günü[11][12] | Gela Dumbadze | Məhşər günü | |
Rindü-Şeyda[13][14] | Mərcan Dədə | "Sufi arzuları" musiqili kompozisiyası əsasında | |
Səsimi unutma[15] | Kamal Abdulla | "Bir, iki, bizimki" pyesi | |
Vəsvəsə[16] | Henrik İbsen | "Vahimə" əsəri | |
“Şəbədə” | Mirzə Fətəli Axundzadə | "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında | |
Gəncə Dövlət Dram Teatrı | |||
Balaca Şahzadə | Antuan de Sent-Ekzüperi | Balaca şahzadə | |
Hekayəti Müsyö Jordan və dərviş Məstəlişah[17] | Mirzə Fətəli Axundov | "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" komediyası | |
Skapenin kələkləri | Jan-Batist Molyer | Skapenin kələkləri | |
Dan yeri söküləndə[18] | İftixar Piriyev | "Dan yeri söküləndə" pyesi | |
Cəhənnəmdən cənnətə[19] | Elçin | "Cəhənnəm sakinləri" pyesi | Türkiyənin Adana şəhərində keçirilən 16-cı Sabancı Beynəlxalq Teatr Festivalında nümayiş olunub |
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı | |||
Qadın Məhəbbəti[20] | Viktor Hüqo | "Mariya Tüdor" pyesi | |
Məqam[21] | Gela Dumbadze | "Gecə qonağı" əsəri | |
Nadir şah[22] | Yunus Oğuz | "Nadir şah" romanı | |
İrəvan Dövlət Azərbaycan Dram Teatrı | |||
Dan yeri söküləndə[23] | İftixar Piriyev | "Dan yeri söküləndə" pyesi | İrəvan Dövlət Azərbaycan Dram Teatrı və
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında |
Səsimdən yapış[24] | Kamal Abdulla | "Bir… iki… bizimki…" pyesi | |
Unutmağa kimsə yox…[25] | Kamal Abdulla | "Unutmağa kimsə yox" əsəri | |
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı | |||
Cəhənnəm sakinləri[26] | Elçin | "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında | |
Hacı Qara[27] | Mirzə Fətəli Axundzadə | "Hacı Qara" komediyası | |
Onun iki qabırğası | Əli Əmirli | "Onun iki qabırğası" pyesi | |
"M" Müstəqil Teatr | |||
O mənimdir[28] | Antuan De-Sent Ekzuperinin | "Balaca Şahzadə" əsəri | |
Məhşər Günü | Gela Dumbadze | "Məhşər günü" əsəri | |
Estoniya Respublikasınin Vilyandi şəhərinin "Uqala" teatrı | |||
Gəlsinlər o kəslər ki,…[29] | Kamal Abdulla | "Kim dedi ki, Simurq quşu varmış" əsəri | |
"ADO" Müstəqil Teatr | |||
Zombi Zona[30] | Gümrah Ömər | ||
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsi | |||
Nargilə | Gümrah Ömər | ||
Ağ ölüm | Gümrah Ömər |