Adam Rayner (alm. Adam Rainer; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs.[1] Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur.[2]
Adam Rayner | |
---|---|
alm. Adam Rainer | |
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 1950 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur.[3] 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur. 1932-ci ildə 33 yaşında ikən boyu 218 santimetrdə çatmışdır.[4] Qiqantizmin səbəb olduğu bu xəstəliyə görə ömrünün qalan hissəsini yataqda keçirməli olmuşdur.[3] 1950-ci ildə 51 yaşında öləndə boyu 234 santimetr idi.[5] Ayağının ölçüsü 33,1 santimetr idi: karlik olarkən ayaqqabı ölçüsü 43 olduğu halda, cəmi üç il ərzində ayaqqabı ölçüsü 53 olmuşdur.[6] Əllərinin ölçüsü 23,4 santimetr, çəkisi 109 kiloqram idi.