Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər.
Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers).
Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu.
Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir:
Anjelika Kauffmanın Adam qardaşlarının yaratdığı interyerlər üçün çəkdiyi rəsm nümunəsi
Robert Adam tərəfindən 1761-ci ildə dizayn edilmiş "Osterli park"ın interyeri
Robert Adam tərəfindən 1777-ci ildə dizayn edilən "Hom haus"un pilləkən qəfəsi
Robert və Ceyms Adam tərəfindən 1778-ci ildə "Syon haus"un zalı üçün hazırlanmış dizayn
Adam qardaşları tərəfindən 1778-ci ildə dizayn edilmiş Derbi hausun tavanı