Addım mühərriki

Addım mühərriki impulsla işləyən sinxron elektrik mühərrikidir. Rotor dolaqlarını həyacanlandırmaq üçün verilən cərəyan impulsu bu mühərrikdə diskret (addım) yerdəyişmələrə çevrilir. Addım mühərrikləri konstruksiyasına görə məlum qütblü, naməlum qütblü, yumşaq maqnit materialından hazırlanmış dolaqsız rotorlu (reaktiv rotor) və sərt maqnit materialdan hazırlanmış rotorlu (aktiv rotorlu) olaraq fərqlənirlər.

Müasir hidravlik addım mühərriki

Komutatordan keçən cərəyan impulsu ardıcıl olaraq dolağa ötürülür və bunun sayəsində stator qütbləri arasında maqnit cərəyanın istiqaməti diskret dəyişilir (şəkil 1). Nəticədə, rotor addım adlanan müəyyən bucağı qədər dönür. Mühərriki işlətmək üçün verilən siqnallar binar şəklində olur. Bu siqnallardan biri addım, digəri isə fırlanma istiqaməti üçün cavabdehdir. İmpulsların sayı rotorun ümumi dönmə bucağını və bununla əlaqədə olduğu ötürmənin gediş yolunu müəyyən edir. Addım mühərrikləri 1kVt-a qədər güc və aşağı dövrlər sayında (500 1/dövr) əlverişli tətbiq oluna bilirlər.

Bu mühərriklərin addımı dolağın və rotordakı çıxışların sayından asılıdır. Reaktiv rotorlu addım mühərrikləri üçün addım adətən 1,5÷3°, aktivlərdə isə 15°-dir. Sonuncu böyük fırlanma momenti əldə etməyə imkan verir.

Addım mühərrikləri dəzgahlarda və çap qurğularının ötürmə sistemlərində geniş tətbiq olunur.

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.