Addinqton sarayı — İngiltərədə Cənubi Londonda Addinqton bölgəsinin yaxınlığındakı Kraydon ərazisində yerləşən saray.
Addinqton sarayı | |
---|---|
Addington palace | |
51°21′27″ şm. e. 0°02′27″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Yerləşir | Addinqton, Kroydon, Cənubi London, İngiltərə |
Tikilmə tarixi | XVI əsr |
Vəziyyəti | Konfras mərkəzi kimi istifadə olunur |
Rəsmi sayt | addington-palace.co.uk |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saray XVI əsrdə tikilmişdir. XVIII əsrə qədər sarayın sahibi Ley ailəsi olmuşdur. 1737-ci ildə ailənin sonuncu nümayəndəsi ser Con Ley vəfat edəndə onun yaxın mirasçısı olmur. Bu səbəbdən saray ailənin uzaq qohumu Barlaou Trekotikə qismət olur. Trekotik tacir idi, Londona köçmüşdü, millət vəkili və bələdiyyə başçısı kimi vəzifələrə sahib idi. 1770-ci ildə London meri Lord Mayor Addinqton sarayını 38.500£ qiymətə satın alır.
1951-ci ildə saray Özəl Memarlıq Araşdırma Binaları Siyahısına alınmışdır. 1953-cü ildə Kral kilsəsi musiqi qrupu sarayı kirayəyə alır və həmçinin kollec kimi də istifadə olunur. Saray 1996-cı ildə bir şirkət tərəfindən alınmış və indiyə qədər toy, konfrans mərkəzi kimi istifadə olunmaqdadır.