Adele Noyhauzer (alm. Adele Neuhauser d. 17 yanvar 1959[1], Afina[2]) — Avstriyanın teatr və kino aktrisası[3], Avstriya Film Akademiyasının üzvü.
Adele Noyhauzer | |
---|---|
alm. Adele Neuhauser | |
Doğum tarixi | 17 yanvar 1959[1] (65 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası |
Vikianbarda əlaqəli mediafayllar |
17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir.
Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır. İyirmi yaşında Almaniyaya köçür. Burada Münster, Essen, Mayns və bəzən Vyanada teatr səhnəsində çıxış etməyə başlayır. Eyni zamanda filmlərdə və televiziyalarda çıxış edir. 2008-ci ildə Adele Noyhauzer boğazındakı ağırlaşmalardan irəli gələrək səs bağından əməliyyat olunur.
2011-ci ildən bu günə qədər Avstriyanın ORF kanalında "Tatort" televiziya serialında rol alır[4]. 2014-cü ildən bəri oğlu, gitaraçı Culian Pays ilə birlikdə "Die letzten ihrer Art"-ın ədəbi və musiqi səhnələşdirməsində iştirak etmişdir.
Adele Noyhauzer ictimai fəaliyyətlə də məşğul olur: o, həm də Plan International Deutschlandın Qəyyumlar Şurasının üzvüdür. 2016-cı ildə Tatortun digər iştirakçıları ilə birlikdə Weißer Ring dərnəyinin xeyriyyə ildönümü kampaniyasında iştirak etmişdir[5].
Adele Noyhauzer bir sıra mükafatlara layiq görülmüşdür. Romy mükafatını bir neçə dəfə almışdır: 2012, 2013 və 2014-cü illərdə - serialın ən populyar ifaçısı kimi; 2016 və 2017-ci illərdə - ən populyar aktrisa kimi.
Həyat yoldaşı, aktyor və rejissor Pol Zoltan ilə ayrıldıqdan sonra oğlu Yulian Pays ilə Vyanada yaşayır.
Nənəsi və babası rəssam olaraq çalışmışlar. Qardaşı Peter Marquant da rəssam olaraq onların izi ilə gedir.