Adelhayd Kofler – Avstriyanın ixtiraçı, mineralogist və oftalmoloqudur. Vyana Universitetindən məzun olub.
Adelhayd Kofler | |
---|---|
alm. Adelheid Kofler | |
Doğum adı | Adelheid Schaschek[1] |
Doğum tarixi | |
Doğum yeri | Haugsdorf |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | İnsburq |
Vətəndaşlığı | |
Milliyyəti | avstriyalı |
Elm sahəsi | Oftalmologiya Mineralogiya |
Alma-mater | Vyana Universiteti |
Təhsili |
Adelhayd Kofler 24 İyun 1889-cu ildə anadan olub. Amstetdə oxuduqdan sonra 1903-1907-ci illərdə Çexiyanın Brno şəhərindəki bələdiyyə qız məktəbində təhsilinə davam edib. 1907-1911-ci illərdə Vyana Universitetində ali təhsil alıb. 1911-ci ildə liseylərdə gənc qız şagirdlərə riyaziyyat, fizika fənnlərini öyrətmək üçün ixtisas imtahanından keçdi. 1912-ci ildə yüksək səviyyəli məktəblərdə dərs keçmək üçün yetərlilik imtahanı verdi. Daha sonra Vyanada liseydə dərs keçməyə başladı.
1913-cü ildə Fridrix Yohan Karl Bekin rəhbərliyi altında mineralogiya üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1917-ci ildən Vyana Universitetində oftalmologiya üzrə tibb təhsili aldı və 1921-ci ildə oftalmologiya üzrə doktorluq dissertasiyasını müdafiə etdi.
Həmin ildə əczaçı LÜdviq Kofler ilə ailə həyatı qurdu. 1925-ci ildə ailəsi ilə birlikdə İnsburqa köçən Kofler İnsburq Universitetinin Əczaçılıq İnstitutunda yoldaşının elmi işlərinə kömək etməyə başladı.
Mineralogiya elmindən istifadə edərək qarışıq kristalların ərimə və kristallaşma sırasında davranışlarını üzərində təcrübə apardı. Lüdviq ilə birlikdə isti mikroskop və isti dəzgah yaratdılar. [2]
1954-cü ildə "Fritz Preql" mükafatını qazanıb.