Adi arıyeyən

Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü.

Adi arıyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi arıyeyən
Beynəlxalq elmi adı

Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır.

Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Adi arıyeyən, adətən, ətrafında quraq iqlimli açıq sahə olan hündür ağaclardan ibarət seyrək meşələrdə məskən salır. May ayında hündür ağacda yuva tikir və ya qarğa yuvasını zəbt edir. Eyni yuvadan bir neçə il istifadə edir. Yuvasını elə yerləşdirir ki, onun üzərini yaşıl budaq örtür. Adətən 1-2 yumurta verir. Yumurtasının forması dairəvi, rəngi sıx şabalıdı xallarla bəzənmiş, ölçüsü 50-52x42 – 43 mm olur. Dişi və erkək quş 27-29 gün növbəli kürt yatırlar. Onlar balalarını 40 günə qədər yuvada, 15-20 gün də kənarda yemləyirlər.

Adi arıyeyən zərqanadlı cücüləri xoşlayır. Arıların koloniyasını tapıb, sürfələrini yeyir. Hymenobtera nümayəndələrini yeməyə ixtisaslaşıb. Lakin tırtıl, böcək, qurbağa, kərtənkələ, ilan, xırda quş və siçan yeməkdən də imtina etmir.

1950-ci illərdən sonra onların sayının sürətlə azalması müşahidə olunur. Eyni vaxtda yayılma sahəsi kiçilmişdir. Azərbaycanda Qanıx-Əyriçayda, Lənkəran düzənliyində, Kürqırağı tuqay meşələrində nəsil verməkdən məhrum olmuşdur. XX əsrin sonlarında 18 cüt olmuşdur. Hazırda yalnız Samur–Şabran düzənliyində, Şamaxı-Altıağac, Kiçik və Böyük Qafqazın dağətəyi sahələrində nadir hallarda nəsil verir. Azərbaycanda cəmi 10 cüt qeydə alınmışdır.

Adi arıyeyənlərin zərərli yırtıcı quş hesab edilərək ovlanması, meşələrin qırılması, bitkilərin ziyanvericilərinə və xəstəliklərinə qarşı kimyəvi preparatlardan çox istifadə olunması onların sayının sürətlə azalmasının əsas səbəbləridir.

Adi arıyeyən Qırmızı kitaba daxil edilmişdir. Ovlanması qadağandır. Altıağac Milli Parkında nəzarət altında saxlanılır. Bu quşların mühafizəsi CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir.

Arıyeyən quşların ağıllı taktikaları

[redaktə | mənbəni redaktə et]

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137)Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də həşərat ovlamaqda göstərdikləri peşəkarlıqlarıdır. Bu quşlar arılarla qidalanırlar. Bu olduqca təəccüblüdür, çünki digər quşlar üçün arı yemək öldürücü ola bilər. Ancaq arı yeyən quşlara arıların zəhəri təsir etmir. Çünki bu quşlar tutduqları arının qarnını əvvəlcə bir budağa sürtərək aşındırır, beləliklə, zəhəri havaya boşaldırlar. (Da­vid At­ten­bo­ro­ugh, Li­fe of Birds, s.96)

Arı yeyən quşun digər bədən xüsusiyyətləri də həşəratları asanlıqla tutmalarına kömək edir. 4,5 sm uzunluğunda dimdiyi var. Bu uzunluq əhəmiyyətlidir, çünki əgər quşun dimdiyi daha qısa olsa, həşəratları tutmağa çalışarkən həşəratlar onu yaralaya bilər. Bundan əlavə, dimdiyinin çox sivri uc hissəsi də ovunu sinə ilə qarın arasından tutmasına kömək edir. Bu sayədə arının zəhərini daha asan boşalda bilir.

Arı yeyən quş həşəratın zəhərini necə zərərsizləşdirməyi, əlbəttə, öz iradəsilə öyrənərək tətbiq edə bilməz. Bu cür həyati dərəcədə təhlükəli hadisəni quşun təcrübə edib öyrənmə metodu ilə kəşf etdiyini heç kəs iddia etməz. Bir quşun bu cür ağıllı taktika işlətməsi onun yarandığı andan bu biliklərə malik olaraq yer üzünə gəldiyini göstərir. Bundan başqa, quşun bütün bədən quruluşunun da bu cür qida tutma prosesinə uyğun formada olması və canlının arıları tuta biləcək şəkildə yaradıldığının açıq-aydın göstəricisidir. Arı yeyən quşları da yer üzündəki bütün canlılar kimi malik olduqları bütün xüsusiyyətlərilə birlikdə yaradılmışdır.