Adi göydimdik

Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü.

Adi göydimdik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Növ:
Adi göydimdik
Beynəlxalq elmi adı

Kateqoriya və statusu

[redaktə | mənbəni redaktə et]

(III-VU). Həssas, sayı az olan növdür.

Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var.

Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərin sahil sularında, Araz dəryaçasında rast gəlinir. Su hövzələrinin qurudulması ilə əlaqədar olaraq yayıldığı sahələr xeyli azalmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Qamış cəngəllikləri ilə zəngin olan göllərdə və dənizin açıq sahil sularında yaşayır. Su bitkilərinin toxumları, yarpaqları, həşərat və onların sürfələri ilə yemlənir.

Qızılağac Dövlət Təbiət Qoruğunda 1997-ci ildə 50, 1999-cu ildə 1500, 2002-ci ildə 320, 2004-cü ildə 750, 2005-ci ildə 330, 2006-cı ildə 890, Abşeron-Qobustandakı Qırmızı göldə 2002-ci ildə 55, Ağgöldə 1991-ci ildə 3000, 2004-cü ildə 450, Hacıqabul gölündə 2009-cu ildə 1370 göydimdik qeydə alınıb. Digər su hövzələrində tək-tək fərdlərinə rast gəlinir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Sayı ildən-ilə kəskin dəyişir. Bunun da əsas səbəbi qışlaq arealının şimal hisssəsində qışın sərt və ya mülayim keçməsi, su-bataqlıq biotoplarının qurudulması və çirkləndirilməsidir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Ağgöl və Şirvan Milli Parkları, su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Naxçıvanın (2006) Qırmızı kitabına, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin qurudulmasına və çirkləndirilməsinə qarşı mübarizə aparılması, növün qorunmasının fəal təbliği lazımdır.