Adi kəkilli torağay

Adi kəkilli torağay (lat. Galerida cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin torağaylar fəsiləsinin kəkilli torağay cinsinə aid heyvan növü.

Adi kəkilli torağay
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Adi kəkilli torağay
Beynəlxalq elmi adı

Kəkilli torağaylar 18 sm uzunluğa, 45 q çəkiyə sahib olurlar. Güclü və bükülü bir dimdiyə, orta uzunluqlu pençəyə, böyük və geniş qanadlara və başında bir kəkilə sahibdir. Ləkəklərinin rəngi tünd boz, qarın nahiyyəsi isə ağ rəngdədir. qanadlarınımn kənarları qırmızımtıldır. Quyruğu qırmızımtıl-qonur rəngə sahibdir.

Qarışıq qışqırıqları "tryudritrie" kimi səslənir və mahnının əsas motivini təşkil edir. Mahnını əsasən yerdə, daş üzərində və ya uçarkən oxuyur. Mahnıları olduqca melodikdir və bəzən digər quşların səsslərinmidə yamsılıya bilirlər.

Kəkilli torağay Qərbi və Cənub-qərbi Avropadan Koreya və Sarı dənizə qədər olan ərazilərdə yayılmışdır. Onların arealının cənub sərhəddi Seneqal, Qambiya, Niger, Sudan, Keniyanın şimalı və Ərəbistan sahillərindən keçməklə Hindistanın şimal-şərqinə, Nepalın düzənliyinə kimi uzanır. onlar arasında uzun məsafəli miqrasiya belə müəyyən edilmişdir[3].

Kəkilli torağay.

Qidalanmalarının əsasını çöl bitkilərinin toxumları, qışda isə kiçik canlılar təşkil erdir. Cavan torağaylar əsasən heyvani qidalara ehtiyac duyurlar. Heyvani qidalara yağış qurdları, kiçik böcəklər, orta ölçülü milçəklər, kiçik kəpənəklər, tırtıllar, nadir hallarda kiçik ilbizlər və hörümçəklər daxildir.

Yayılma ərazisi

[redaktə | mənbəni redaktə et]

Əsasən açıq quru çöllüklərdə yayılsalarda, onlara tarla kənarlarında, sənaye rayonlarında, limanlarda və şəhərlərdə belə görülürlər. İdeal Quru və isti yerlər, əsasən gilli qumlu torpaqlarda, bükülmüş bitki örtüyə malik ərsazilər omnlar üçün ideal ərazi sayılır.

Galerida cristata

Dişilər torpaqda yaxşı gizlədilmiş yuvalar qururlar. Bəzən isə bu yuvalar daşlı çöllər və sıldırımlı qayalarda yuvalar qura bilirlər. Apreldən maya kimi iki dəfə olmaqla 2–5 arası yumurta qorurlar. Bu yumurtalardan 11–14 gün ərzində balalar çıxır. Balalar 9–11 gündən sonra yuvanı tərk edirlər.

Kəkilli torağaylar keçmiş əsrlərdə bir neçə iqlim dəyişikliyi səbəbindən arealını böyütmüş və ya qısaltmışdır. Onların arealı XVI və XVIII əsrlərə istilər səbəbindən arealın böyüməsi və XVII əsrdə isə soyuqlar səbəbindən arealın qısalması müşahidə edilmişdir. XX əsrin 20-ci illərində kəkilli torağaylar şəhərlərdə və sənaye binalarında yeni yuva sahələrindən faydalanmışdı. 1930-cu illərdən isə Cənub-şərqi Avropadan başlayaraq bütün Avropada saylarında azalma baş vermişdir[3].

Avropada 1980-ci ilə kimi populyasiyanın ümümi sayı 98 % azalmışdır[4] və hazırda hec də yaxşı vəziyyətdə deyildir.[5].

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Onların azalma səbəblərinin əsasını qida bazalarının azalması təşkil edir. Belə ki, onların qidalandığı bitkilərin yayıldığı ərazilərin şəhərlər tərəfindən udulması, kənd təsərrüfatına cəlb olunan sahələrin artması, boşluqların azalması səbəbiundən baş verir. Üstəlik Yuvalama dövründə həşərat növlərinin sayında azalma da bu faktaıda öz təsirini təsir göstərir[6].

Qorunma statusu

[redaktə | mənbəni redaktə et]

Kəkilli torağay Avropada qoruma altındadır.

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 Bauer et al., S. 133
  4. Bestandentwicklung Galerida christata Arxivləşdirilib 2016-12-26 at the Wayback Machine European Bird Census Council
  5. BirdLife International 2004: Birds in Europe: population estimates, trends and conservation status. BirdLife Conservation Series No. 12, BirdLife International, Wageningen, The Netherlands.
  6. Bauer et al., S. 134