Yumru və ya adi qargiləmeyvə —Şimali Amerikada bu bitki hind qarağatı, qırmızı giləmeyvə adlanır.
Adi qargiləmeyvə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Adi qargiləmeyvə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Hündürlüyü 2-3 m-dək olan, nazik, qonur və ya qırmızımtıl zoğlu, yarpağıtökülən koldur. Yarpaqları qarşı-qarşıya düzülmüş, yumurtavarı, yumru, kənarları bütövdür. Yarpaqların üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtül, açıq-göyümtül və tükcüklüdür. Payızda qırmızı rəngə boyanır. Çiçəkləri xırda, zəngvarı, çəhrayı-ağ yarpağın qoltuğunda qısa salxımlara yığılmışdır. İyulun əvvəlindən avqustun axırınadək təxminən 50 gün çiçəkləyir. Meyvələri yarımşarşəkilli al-qırmızı, göyümtül çöküntülüdür, diametri 4-7 mm, yeməli deyil, sentyabrda yetişir, uzun müddət tökülmür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarınadək davam edir. 3 yaşından hər il bol çiçəkləyir və meyvə verir. Toxumların həyat qabiliyyəti 79 %, cücərməsi 20%-dir.
Qışa az davamlıdır. Yumru qargiləmeyvə ağ qargiləmeyvəyə nisbətən qışa az davamlıdır. Quru, qumlu və daşlı torpaqlarda, çayların sahillərində və çəmənlərdə bitir.
Zaqatalada, Altıağac qoruğunda rast gəlinir.
Dekorativ bitkidir. Payızda bu kol çox gözəl olur; nazik zoğları al-qırmızı yarpaqları ilə bütün uzunluğu boyunca qırmızı meyvələrlə örtülür. Canlı çəpərlərdə dekorativ bitki kimi istifadə edilir.