Adi sığırçın

Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü.

Adi sığırçın
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Növ:
Adi sığırçın
Beynəlxalq elmi adı

Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir. Yemini torpaqda və ağaclarda yığır. Çox vaxt ev heyvanları ilə qida kommensalizini və protokooperasiya əmələ gətirir. Növün Arealı Avropa, Asiya, Şimal-Qərbi Afrikadır. Arealın cənub hissələrində qışlayır. Azərbaycanda adi oturaq quşdur. Qış mövsümündə şimaldan və dağlardan uçub gəlmiş fərdlərin hesabına aran rayonlarında çoxsaylı olur. Yerli populyasiyanın fərdləri mövsüm ərzində 2 dəfə çoxalır. Yuvasını qapalı şəraitdə koğuşlarda, yuvalarda, binaların amları altında və.s qurur. Aprel-iyulda 4-7 göy yumurta qoyur. Valideynlərin təkrar çoxalma dövründə cavanlar ayrıca dəstələr əmələ gətirir. Həşərat və giləmeyvə ilə qidalanır.