Adidas Beau Jeu

Adidas Beau Jeu

Adidas Beau Jeufutbol üzrə Avropa çempionatı 2016 turnirinin rəsmi topu. "Beau Jeu" fransız dilindən tərcümədə "gözəl oyun" deməkdir.

Dizayn[redaktə | mənbəni redaktə et]

Top Adidas şirkəti tərəfindən istehsal olunmuşdur. 12 noyabr 2015-ci ildə Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanın təqdimatı ilə ictimaiyyətə tanıdılmışdır.[1] Top qeyri-adi dizayna malikdir.[2]

Top üçün Adidas Brazuca topunun elementlərindən istifadə olunmuşdur.[3] Narıncı elementlərə malik göy xətlərin əmələ gətirdiyi hərflər və rəqəmlər "EURO""2016" sözlərini ortaya çıxarır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Adidas unveils official match ball for Euro 2016". 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  2. "Adidas Beau Jeu Euro 2016 Ball Released". 2016-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  3. "Here is the ball we hope Ireland are kicking in France next June". 2017-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
Sələfləri 
Tanqo 12
UEFA Avropa Kubokun rəsmi topları
2016
Xələfləri 
müəyyənləşdirilməyib