Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü.
Adilə Nəzər | |
---|---|
Doğum tarixi | 26 may 1969 (55 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır.
AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır.
Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. 12 kitabın, o cümlədən 9 şeirlər kitabının, 45 elmi, 40 publisistik məqalənin müəllifidir.
Mütəmadi olaraq, dövrü mətbuatda — qəzet və dərgilərdə, saytlarda fəaliyyət göstərir. Şeirləri rus, fars, ingilis, fransız, qazax və özbək dillərinə tərcümə olunub. Mütəmadi olaraq saytlarda, jurnal və qəzetlərdə dərc olunur. Azərbaycanda və bir sıra xarici ölkələrdə elmi konfranslarda, festivallarda və ədəbi toplantılarda iştirak edir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Kitab Evi" İctimai Birliyinin sədridir.[3]