Bu məqalə qaralama halındadır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutu[1].
Azərbaycan Respublikasının Təhsil İnstitutu ARTİ | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1931 |
Ünvan | Baki, A. Cəlilov küçəsi, 86 |
Sayt | arti.edu.az |
Azərbaycan Respublikası Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi- tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu yaradılmışdır. İnstitutun adı və onun fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilmişdir:
1931-ci ilin iyul ayından 1932-ci ilin oktyabr ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutu;
1932-ci ilin oktyabr ayından 1934-cü ilin oktyabr ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;
1934-cü ilin oktyabr ayından 1934-cü ilin dekabr ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
1934-cü ilin dekabr ayından 1936-cı ilin avqust ayınadək – Azərbaycan Pedologiya və Pedaqogika İnstitutu;
1936-cı ilin avqust ayından 1937-ci ilin dekabr ayınadək – V. İ. Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
1938-ci ilin yanvar ayından 1938-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
1938-ci ilin iyun ayından 1946-cı ilin yanvar ayınadək – Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu;
1946-cı ilin yanvar ayından 1951-ci ilin yanvar ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
1951-ci ilin yanvar ayından 1977-ci ilin mart ayınadək – Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu;
1977-ci ilin mart ayından 2000-ci ilin iyun ayınadək – Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu;
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki Elmi-Metodik Mərkəz və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli 1107 nömrəli Fərmanı[2] ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır.
ARTİ təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, pedaqoji, psixoloji, sosial, iqtisadi, fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri və səviyyələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri və praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Fəaliyyətinin əsas məqsədi təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir. ARTİ-nin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
— təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsivə strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması;
— təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması;
— elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı;
— müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların təhsilin keyfiyyət standartlarının hazırlanması;
— müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla (o cümlədən olimpiadalara hazırlıq) işin düzgün qurulması və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması;
— elektron təhsilin inkişafı və elektron məzmunun hazırlanması;
— milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi.