Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor.[1][2]
Adilə Yusifova | |
---|---|
Adilə Niyazi qızı Yusifova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | musiqişünas |
Elmi dərəcəsi | professor |
Elmi adı | Bakı Musiqi Akademiyasının professoru |
İş yeri | Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır.[1][2][3]
Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov. Azərbaycan xalq melodiyalarının işləməsi" adlı dərs vəsaitini və rus dilində "Cövdət Hacıyev. Həyat salnaməsi. Məqalələr. Mülahizələr" adlı kitabını yazmışdır.[2][3]
Adilə Yusifova 2011-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.[1]