Adil Əliyev (polkovnik)

Adil Əliyev (13 dekabr 1943, Taşir, Ermənistan SSR — 28 fevral 2017, Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin polkovniki, "Əməkdar inşaatçı".[1]

Adil Əliyev
Adil Ömər oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Taşir, Ermənistan SSR
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Polkovnik

Həyatı[redaktə | mənbəni redaktə et]

Polkovnik Adil Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun (indiki Taşir) Qızıl Şəfəq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-ci ilədək "Qızıl Şəfəq" sovxozunda fəhlə işləyib. 1963-cü ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidməti başa vurduqdan sonra ona "kiçik leytenant" hərbi rütbəsi verilib. 1967-ci ilin sentyabr ayının 15-də Estoniyanın Yaqala şəhərində siyasi kurslara göndərilib və oranı 1968-ci ildə bitirdikdən sonra ona "leytenant" hərbi rütbəsi verilərək Yakutiya Muxtar Sovet Sosialist Respublikasının Tiksi-3 şəhərində bölük komandirinin siyasi işlər üzrə müavini, daha sonra bölük komandiri vəzifəsində xidmətə göndərilib.[2]

1974-cü ilin fevral ayında polkovnik A.Əliyev Ukraynanın Çerniqov şəhərində bölük komandiri, 1976-cı ilin noyabr ayında isə həmin qarnizonda hərbi hissə komandiri vəsifəsində xidmət edib. Həmin il hərbi hissə Azərbaycan Respublikasının Qəbələ şəhərinə köçürülüb və bir müddət xidmət etdikdən sonra o, 1983-cü ildə Leninqrad şəhərində akademik kurslara qəbul olunub. Polkovnik A.Əliyev 1983-cü ildən inşaat idarəsi rəisinin müavini vəzifəsində, 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.[2]

Xidmət dövründə polkovnik A.Əliyev bir sıra medallarla təltif edilib. 1988-ci ilin avqustunda Qəbələ RLS-nin layihələşdirilməsi və tikintisi sahəsində əldə etdiyi nailiyyətlərə görə ona SSRİ Nazirlər Kabinetinin mükafatı verilib. 1989-cu ilin may ayında ona Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in əməkdar inşaatçısı fəxri adı verilib.[2]

Adil Əliyev 28 fevral 2017-ci ildə 74 yaşında vəfat etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Polkovnik Adil Əliyev
  2. 1 2 3 4 "İstefada olan polkovnik Adil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ.