Adil Bağırov (alim)

Adil Bağırov"Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru[1].

Adil Bağırov
Doğum tarixi (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Cənubi Kaliforniya Universiteti
Mükafatları "Tərəqqi" medalı — 2011

Həyatı[redaktə | mənbəni redaktə et]

Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub[1]. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir. Hazırda ABŞ-nin Vaşinqton şəhərində yaşayır. 50-dən artıq elmi məqalənin müəllifidir. 15-dən çox elmi konfransda çıxış edərək,dünya ictimaiyyətinin diqqətini müasir dövrün aktual problemlərinə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. Azərbaycan diasporunun ən nüfuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur[1].

Mükafatları[redaktə | mənbəni redaktə et]

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Azərbaycan dövləti tərəfindən təltif edilən diaspor nümayəndələri" (az.). olaylar.az. 18.03.2013 17:53. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.