Adil Bağırov (filoloq)

Adil Nəsib oğlu Bağırov (28 iyul 1947, Nursu, Şahbuz rayonu21 aprel 2016) — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014).[1][2]

Adil Bağırov
Bağırov Adil Nəsib oğlu
Doğum tarixi 28 iyul 1947(1947-07-28)
Doğum yeri
Vəfat tarixi 21 aprel 2016(2016-04-21) (68 yaşında)
Atası Nəsib Bağırov
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
Elmi adı dosent
İş yeri Naxçıvan Universiteti
Təhsili
Üzvlüyü AMEA

Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan diliədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzifəsini icra edib.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarımçıq feillər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb. Adil Bağırov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.[1][2]

Adil Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir.[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Bağırov, Adil. Türk dillərində yarımçıq fellər. Bakı: APİ. 1993.
  2. Bağırov, Adil. Naxçıvanın hidronimləri. Bakı: Elm. 200.
  3. Bağırov, Adil. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm. 2002.
  4. Bağırov, Adil. Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı: Nurlan. 2003.
  5. Bağırov, Adil. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə onomastik vahidlər. № 5-12. Bakı: "Azərbaycan və azərbaycanlılar” jurnalı. 2007. 226–230.
  6. Bağırov, Adil. Naxçıvan ərazisində qədim oğuzlarla bağlı toponimlərin tədqiqi. Ankara: VI Beynəlxalq Türk Dil Qurultayı. 2008.
  7. Bağırov, Adil. Naxçıvanın oykonimləri. Bakı: Nurlan. 2008.
  8. Bağırov, Adil. I cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2010.
  9. Bağırov, Adil. II cild // Onomalogiya problemləri. Bakı: Nurlan. 2012.
  10. Bağırov, Adil. Oronimlərin linqvistik xüsusiyyətləri. Bakı: Nurlan. 2011.
  11. Bağırov, Adil. Osmanlı arxiv sənədlərində əksini tapan Naxçıvan oykonimlərinin tarixi-filoloji təhlili. № 1. Naxçıvan: AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, (İctimai və humanitar elmlər seriyası). 2014. 147–155.[2]

Adil Bağırov 21 aprel 2016-cı ildə vəfat edib.[1]

  1. 1 2 3 4 5 6 "Bağırov Adil Nəsib oğlu" (az.). science.gov.az. 2017. 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  2. 1 2 3 4 5 "Bağırov Adil Nəsib oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]