Adil Bağırov (tarzən)

Adil Bağırov (13 may 1937, Bakı) — görkəmli tarzən, Azərbaycan Respublikasının xalq artisti (2006), Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəri (1976-cı ildən).[1]

Adil Bağırov
Adil Kamil oğlu Bağırov
Ümumi məlumatlar
Doğum tarixi (87 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, tarzən
Musiqi aləti tar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
"Şöhrət" ordeni — 2016

Bağırov Adil Kamil oğlu 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın xalq artisti (2006). Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə təhsil almış, müəllimləri Mirzə Mansur Mansurov, Səid Rüstəmov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən S. Rüstəmov adına xalq çalğı alətləri orkestrinin solistidir. Həmin ildən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü, 1976-cı ildən Ə. Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblının rəhbəridir. Ansamblla birgə respublikanın mədəni həyatında yaxından iştirak edir. Bir çox xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Solist tarzən kimi və muğam üçlüyündə də fəaliyyət göstərir. AzTV-nin Fondunda "Bayatı-Şiraz", "Rast", "Segah" muğamlarının səsyazıları saxlanılır.[2]

2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət TV, Azərbaycan radiosuBeynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Adil Bağırovun 80 illik yubileyi və 60 illik sənət fəaliyyətinə həsr olunmuş konsert keçirilib.[3]