Adil Qazıyev

Adil Qazıyev (tam adı: Adil Yusif oğlu Qazıyev; 24 mart (6 aprel) 1906, Naxçıvan31 dekabr 1972, Bakı) — Azərbaycan-sovet alimi, rəssamı, sənətşünası, redaktoru, tərcüməçi, Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifi, texniki elmlər namizədi (1938), elmlər doktoru (1958).

Adil Qazıyev
Adil Yusif oğlu Qazıyev
Doğum tarixi 24 mart (6 aprel) 1906
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1972(1972-12-31) (66 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Atası Yusif Qazıyev
Elm sahələri rəssamlıq, sənətşünaslıq
Elmi dərəcələri
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Moskva Dövlət Tekstil Universiteti
Tanınır alim, rəssam, sənətşünas, redaktor, tərcüməçi, Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab və məqalələrin müəllifi kimi

1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır.

A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur. Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir.

Adil Qazıyev 24 mart 1906-cı ildə Naxçıvanda Yusif Qazıyevin ailəsində dünyaya gəlmişdir.[1] O, Naxçıvan teatrında rəssam Bəhruz Kəngərli ilə birgə oxumuşdur.[2] Adil Qazıyev 1925-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini tamamlayıb, 1927–1931-ci illərdə Moskva Dövlət Tekstil Universitetində Sergey GerasimovAleksandr Kuprinin sinfində ali təhsil almışdır. 1936-cı ildə Adil Qazıyev bu universitetin aspiranturasını bitirmiş, təhsilini tamamladıqdan sonra isə Azərbaycana qayıtmışdır. Alim Bakıda yaşayırdı.[1]

A. Qazıyev 1928–1930-cu illərdə Azərbaycan Gənc Rəssamlar İttifaqının, 1930-cu ildən isə AzİTSİC – Azərbaycan İnqilabi Təsviri Sənət İşçiləri İttifaqının üzvü olmuşdur.[1] Rəssam-sənətşünas Adil Qazıyev "İki dəmirçi" (1928–1930, Azərbaycan Milli İncəsənət Muzeyi), rəssam Bəhruz Kəngərlinin portretləri (1931) və "Yazıçı Mirzə Fətəli Axundov" (1939, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi), "Naxçıvan mənzərələri" (pastel seriyası, 1938, Azərbaycan Milli İncəsənət Muzeyi) kimi əsərlərin, eyni zamanda "Azərbaycan SSR. 10 il" (tempera, 1930) xalçasının eskiz rəssamıdır.[1]

Adil Qazıyev həmçinin Azərbaycan dekorativ tətbiqi və təsviri sənəti ilə əlaqədar olan kitab, eyni zamanda məqalələrin müəllifidir.[1] 1932–1941-ci illərdə A. Qazıyev Moskva Dövlət Tekstil Universitetinin sənətşünaslıq fakültəsində, 1941–1945-ci illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1938-ci ildə Adil Qazıyev texniki elmlər namizədi elmi dərəcəsini, 1958-ci ildən isə sənətşünaslıq üzrə elmlər doktoru fəxri adını almışdır.[1]

Adil Qazıyev 31 dekabr 1972-ci ildə 66 yaşında vəfat etmişdir.[1]

Redaktor olduğu

[redaktə | mənbəni redaktə et]
  • Əlizadə, Q. M. Memarlıq, inşaat və təsviri incəsənət terminləri lüğəti. Azərbaycan SSR Elmlər Akademiyası: Memarlıq və İncəsənət İnstitutu. 1956.
  • Əlizadə, Q. M. Azərbaycan xalq memarlığı XIX-XX əsrlərdə. №1. III cild. Bakı: Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət. 1958.
  • Миклашевская, Н. Рустам Мустафаев. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1959.
  • Kərimov, K. Bəhruz Kəngərli. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu. 1962.
  • Hüseynova, M. Azərbaycan incəsənəti. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu. 1963.
  • Salamzadə, A. V. Azərbaycan memarlığı və incəsənəti üzrə tədqiqat və materiallar. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu. 1966.
  • Габибов, Н. Очерки изобразительного искусства советского Азербайджана: живопись, скульптура, графика. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1964.

Müəllifi olduğu

[redaktə | mənbəni redaktə et]
  • Qazıyev, A. Rəng nəzəriyyəsinin əsasları. Bakı: Azərbaycan SSR EA, Ü. Hacıbəyov adına Azərbaycan İncəsənət İnstitutu. 1951.
  • Qazıyev, A. Xalq rəssamı Əzim Əzimzadə. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu. 1953.
  • Qazıyev, A. Rəsmin tədris üsulu. I-VI siniflər. Bakı: Azərnəşr. 1954.
  • Казиев, А. Ю. О видах народного бытового искусства. Искусство Азербайджана. т. 4. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1954.
  • Əlizadə, Q. M.; Qazıyev, A. Y.; Qasımov, Ə. M. Memarlıq, inşaat və təsviri incəsənət terminləri lüğəti. Azərbaycan SSR Elmlər Akademiyası: Memarlıq və İncəsənət İnstitutu. 1956.
  • Казиев, А. Ю. Средневековый трактат о живописи. Баку: Доклады АН АзССР. 1957.
  • Казиев, А. Ю. Средневековый трактат о живописи. №-2. Баку: «Искусство». 1960.
  • Казиев, А. Ю. О средневековой каллиграфии и хаттатах Азербайджана. Искусство Азербайджана. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1963.
  • Казиев, А. Ю. Миниатюры рукописи "Хамсэ" Низами 1539-1543 гг. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1964.
  • Казиев, А. Ю. Об искусстве азербайджанской миниатюры кон. XVI и нач. XVII в. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1964.
  • Казиев, А. Ю. Садиг-бек Афшар. Канон изображений. Мастера искусств об искусстве. т. 1. Москва. 1965.
  • Казиев, А. Ю. Художественно-технические материалы и терминология средневековой книжной живописи, каллиграфии и переплетного искусства. Баку: Академия Наук Азербайджанской ССР, Институт архитектуры и искусства. 1966.
  • Казиев, А. Ю. Атрибуция миниатюр рукописи Лаваех А. Джами. 1570-1571 гг. Исследования и материалы по архитектуре и искусству Азербайджана. 1966.
  • Qazıyev, A. Qayçının möcüzələri. İzomaterial: bədii kəsmə. Bakı: Gənclik. 1970.

Tərcümə etdiyi

[redaktə | mənbəni redaktə et]
  • Əfşar, S. Qanun-üs-süvər. Bakı: Elm. 1971.
  1. 1 2 3 4 5 6 7 Вольценбург, 1995. səh. 42
  2. Д. А., Сафаралиева. Театрально-декорационное искусство советского Азербайджана (1920-1941). Баку: Азербайджанское государственное издательство. 1968. səh. 12.
  • Искусство Советского Азербайджана. Очерк. Москва. 1970.
  • Миклашевская, Н. М. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920-1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). Баку: Элм. 1974. 178 səh.
  • И. Д., Габибов. Живопись Советского Азербайджана. Баку. 1982.
  • Каталог 1-й выставки АзОРРИИС. Баку. 1930.
  •  Вольценбург, О. Э. Художники народов СССР: Библиогр. словарь. 4, кн. 2 : (Каев — Кобозев). СПб.: Гуманитар. агентство «Акад. проект» и др. 1995. 242 səh.