Adil Əmrah oğlu Rüstəmov (1963, Zəngilan – 10 dekabr 1992, Şayıflı, Zəngilan rayonu) — Qarabağ müharibəsi şəhidi; rota və kəşfiyyat komandiri.
Adil Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1992 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbə | çavuş |
Döyüşlər | |
Təltifləri |
Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub.[1] Atasının işi ilə əlaqədar uşaqlıq və yeniyetmə çağları İmişli rayonunda keçib. Bəhrəmtəpə 8 illik məktəbini, 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib.
Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub. Nazirlər Soveti sədrinin şəxsi mühafizə dəstəsinə qəbul edilib.
1990-cı illərdə Zəngilana qayıdıb. "Ziya" adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə isə ayda 2.500 manat yardımlar edib. Daha sonra Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib.
1992-ci il dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə işgəncələrlə qətlə yetirilib.
Məzarı Zəngilan şəhər qəbiristanlığındadır.
"Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.[2]
01 dekabr 2019-cu il tarixdə VƏTƏN Futbol məktəbinin meydançasında AVMVİB Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Bayrağı ordenli, şəhid Adil Əmrah oğlu Rüstəmovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilmişdir. Turnirdə 8 komanda iştirak etmişdir. Zəngilan rayonunu "Çinar" komandası təmsil edirdi.[3]