Adile Naşit

Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır.

Adile Naşit
türk. Adile Özcan
Doğum adı Adile Naşit
Doğum tarixi 17 iyun 1930(1930-06-17)
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1987(1987-12-11) (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
Milliyyəti türk
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1947-1987
Mükafatları ilin anası mükafatı
IMDb ID0621870
adilenasit.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
17 iyun 2016-cı il tarixində google.com.tr-də Adile Naşitin 86-cı ad günü üçün hazırlanmış doodle

Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub[1].

Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.[1].

11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilmişdir. Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülmüşdür.

  • Aile pansiyonu (1987)
  • Milyarder (1986)
  • Quzucuqlarım (1986)
  • Yaygara (1986)
  • Hayroş (1986)
  • Kiralıq ev (1986)
  • Ağa Bacı (1986)
  • Satmışım Anasını (1985)
  • Şaban Papuçu Yarım (1985)
  • Namuslu (1984)
  • Şabaniyə (1984)
  • Qırğıriyədə böyük seçim (1984)
  • Çaşqın ördək (1983)
  • Şıngırdak Şadiye (1982)
  • Adile xala (1982)
  • Buyurun Cümbüşə (1982)
  • Görgüsüzler (1982)
  • Tale quşu (1982)
  • Dolap Beygiri (1982)
  • Deliler Koğuşu (1981)
  • Şabancık (1981)
  • Hababam Sınıfı Güle Güle (1981)
  • Bizim küçə (1981)
  • Zarafat eləmə (1981)
  • Qırğıriyədə şənlik var (1981)
  • Qırğıriyə (1981)
  • Davaro (film, 1981)
  • Beş Parasız Adam (1980)
  • Rahatlığım qalmadı (1980)
  • Rəngli dünya (1980)
  • İbişo (1980)
  • Gelinciklerim (1979)
  • Kişilərin gözəli səfil Bilo (1979)
  • Doktor (1979)
  • Vah başımıza gələnlər (1979)
  • Nolacaq indi (1979)
  • Köşe Kapmaca (1979)
  • Şad günlər (1978)
  • Hababam Sınıfı Dokuz Doğuruyor (1978)
  • Sultan (1978)
  • Kibar Feyzo (1978)
  • Hababam Sınıfı Tatilde (1977)
  • Gülən gözlər (1977)
  • Sakar Şakir (1977)
  • Şabanoğlu Şaban (1977)
  • Tosun Paşa (1976)
  • Ailə şərəfi (1976)
  • Ah Dede Vah Dede (1976)
  • Gəl barışaq (1976)
  • İşte Hayat (1976)
  • Hababam Sınıfı Uyanıyor (1976)
  • Nə umduq, nə tapdıq (1976)
  • Süt Kardeşler (1976)
  • Hababam Sınıfı Sınıfta Kaldı (1975)
  • Hababam Sınıfı (1975)
  • Bizim ailə (1975)
  • Televiziya uşağı (1975)
  • Sevgili Halam (1975)
  • Pembe Panter (1975)
  • Haydi Gençlik Hop Hop (1975)
  • Plaj Horozu (1975)
  • Şehvet Kurbanı Şevket (1975)
  • Bitirimler Sınıfı (1975)
  • Dəlisən (1975)
  • İşte Hayat (1975)
  • Hanzo (1975)
  • Çapkın Hırsız (1975)
  • Ah harada (1975)
  • Balaca ifritə (1975)
  • Gece Kuşu Zehra (1975)
  • Mavi muncuq (1974)
  • Yüz Liraya Evlenilmez (1974)
  • Həsrət (1974)
  • Aç gözünü, Mehmet (1974)
  • Salak Milyoner (1974)
  • Canım qardaşım (1973)
  • Oh Olsun (1973)
  • Sev qardaşım (1972)
  • Vur partlasın, çal oynasın (1970)
  • Abbas Yolcu (1959)
  • Kahpe Kurşun (1957)
  • Lüks həyat (1950)
  • Yara (1947)
  1. 1 2 Vüqar İsmayılov. "Türk kinosunun məşhur erməni aktyorları". Modern.az (az.). modern.az. 18.10.2013, 16:56. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]