Adnan Ərsöz

Adnan Ərsöz (türk. Adnan Ersöz; 1917, Kadıköy, İstanbul ili13 oktyabr 1991, Göztəpə[d], İstanbul ili) — Türk generalı, Milli Kəşfiyyat Təşkilatı] rəhbəri.

Adnan Ərsöz
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1991(1991-10-13)
Vəfat yeri
Təhsili
Hərbi xidmət
Rütbəsi general

Həyatı[redaktə | mənbəni redaktə et]

1936-cı ildə Hərb Məktəbindən Kiçik leytenant olaraq məzun oldu. Türkiyə Silahlı Qüvvələrində müxtəlif addımlarda vəzifə yerinə yetirdikdən sonra 1963–1965 illəri arasında Tuğgeneral, 1965–1969-cu illər arasında Tümgeneral, 1969–1973-cü illər arasında General-leytenant, 1973–1977-ci illər arasında General rütbəsiylə xidmət gördü. Dövrün Quru Qoşunları Komandiri General Namiq Kamal Ərsun zərbə hazırlıqları içərisində olmaq səbəbiylə şəxsən Süleyman Dəmirəl tərəfindən təqaüdə göndərildi. Yerinə keçəcək komandir üçün Süleyman Dəmirəlin namizədi 3-cü Ordu komandiri Əli Fəthi Əsənər, Fəxri Korutürkün namizədi 1-ci Ordu komandiri Adnan Ersöz idi. 30 Avqusta qədər Adnan Ərsöz vəzifəyə vəkalət etmiş yerini Kənan Evrene təhvil vermişdir.

Təqaüdə çıxdıqdan sonra, 13 iyul 1978-ci il tarixində Milli İstihbarat Təşkilatı rəhbəri vəzifəsinə təyin edildi. 19 noyabr 1979-cu il tarixində vəzifəsindən istefa verdi. Məsləhətləşmə Məclisi Milli Təhlükəsizlik Şurası tərəfindən Seçilən Üzvü (5 yanvar 1982 – 6 dekabr 1983) olaraq vəzifə yerinə yetirdi. İstanbul Göztəpədəki evində biri qadın üç adam tərəfindən silahlı hücuma uğrayaraq həyatını itirdi. Hadisəni, DEV-SOL boynuna götürdü.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]