Süleyman Dəmirəl (türk. Süleyman Demirel, 1 noyabr 1924[1][2][…], İslamköy[d], İsparta ili – 17 iyun 2015[2][3][…], Ankara) — Türkiyə Respublikasının 9-cu prezidenti (1993–2000), müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri, siyasi xadimi. AMEA-nın Fəxri üzvü.
Süleyman Dəmirəl | |
---|---|
türk. Süleyman Sami Demirel | |
16 may 1993 – 16 may 2000 | |
Əvvəlki | Turqut Özal |
Sonrakı | Əhməd Necdət Sezər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1924[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 17 iyun 2015[2][3][…] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tənəffüs yolları xəstəliyi[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | mühəndis, siyasətçi |
Dini | sünni islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.
1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışmışdır. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnmişdir.
1975–1980-ci illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlamışdır.
1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980–1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilmişdir.
1990–1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunmuş, 1993–2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri doktoru seçilmişdir.[5]
1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf" ordeni ilə təltif edilmişdir.[6]
AMEA-nın Fəxri üzvü idi.[7]
17 iyun 2015-ci ildə vəfat etmişdir.