Adolf Hitler 30 aprel 1945-ci il, Bazar ertəsi günü, saat 15:10 - 15.15 arasında (15:25 - 15:30 arasında, sovet KİV-inə görə), Berlində yerləşən fürerbunkerdə (təxminən bu vaxtlarda Qırmızı ordu, Reyxstaqın birinci mərtəbəsini nəzarət altına aldı və Reyx kanslerindən cəmi 700-750 metr məsafədə idi) odlu silah atəşi ilə özünü öldürərək intihar etmişdir. [1] [2] Həyat yoldaşı Eva Braun da kalium sionid qəbul edərək intihar etdi . [3] Elə həmin gün Hitlerin əvvəlki təlimatlarına uyğun olaraq meyitləri bunkerin təcili çıxışı ilə pilləkənlərlə yuxarı qaldırdılar, üzərinə benzin tökdülər və bunkerin xaricindəki bağda yandırdılar [4] .