Adoniram[1] (ivr. אדונירם; mənası – "Rəbbim ucaldıb") və ya Adoram (ivr. אדורם; mənası – "Rəbb ucaldıb")[2] — Birləşmiş İsrail krallığında vergiyığan. O, qırx ildən artıq müddət bu vəzifədə çalışmışdır. Adoniram Davud padşahının padşahlığının son illərindən Rovoamın padşahlıq dövrünə qədər xidmət etmişdir.[3] O, Süleyman padşahın məbədinin tikintisi zamanı odunçuların işə götürülməsinə rəhbərlik edirdi.[4] İncildəki məlumata görə, Rovoam onu vergi toplamaq üçün göndərəndə İsrail xalqı onu daşqalaq edib öldürmüşdür.[5]