Adrianopolun müharibəsi (1913)

Ədirnə mühasirəsi — (Bolgarca: Битка при Одрин, Serbcə: Bitka za Jedrene, İngilizce: Siege of Adrianople) Birinci Balkan Müharibəsi zamanı 1912-ci il oktyabrın ortalarından 26 mart 1913-cü ilə qədər Bolqarıstanın 2-ci Ordusu tərəfindən həyata keçirilmişdir. Şəhərin içində müdafiəni təşkil edən 52 min 597 əsgərdən başqa, 106 min nəfər mülki əhali idi (yarısı türk, qalanları yunan, erməni, bolqar, yəhudi və Qərbi avropalılar).

24 sentyabr 1912-ci il tarixində Osmanlı Sofiya səfirliyinin İstanbula göndərdiyi xəbərdarlıq teleqramı yaxınlaşan təhlükəni bildirirdi: "Bolqarların ilk məqsədi Osmanlının gücsüz Kırklareli qoşunudur. Ədirnə isə dominant hücum hazırlanır. Ədirnəyə kömək edilməli, vətəni xidmət müddəti dolan əsgərlər tərxis olunmamalıdır".

Ədirnə müdafiə mövqeyi komandanlığına gətirilən Mehmed Şükrü Paşa, Ədirnənin mühasirəsi başlamazdan bir həftə əvvəl şəhərə getdi. Ədirnə müdafiəsi vəzifəsi verilən Şükrü Paşaya şəhərin mühasirə edilməsi halında 50 gün müdafiə edilməsi əmri verilmişdi. Bu müddətdə ya Bolqar ordularının gerilətməlidirlər, ya da İstanbuldan dəstək göndəriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Mehmed Şükrü Paşa İstanbuldan dəstək almamasına baxmayaraq, Bolqar və Serbiya ordularının hücumlarına 5 ay 5 gün müddətdə müqavimət göstərərək tarixə keçən bir müdafiə təşkil etdi.

Yenə də mühasirə etməyin uğurla nəticələnməsi böyük bir hərbi uğur kimi qəbul edilir, çünki şəhərin müdafiəsi alman mühasirə etmə mütəxəssisləri tərəfindən inkişaf etdirilmiş və məğlubedilməz qəbul edilmişdi. Bolqarıstan ordusunun 5 aylıq mühasirə nəticəsində, Mehmed Şükrü Paşanın təslim olması ilə Ədirnə ələ keçirildi.

Mühasirə bitdikdən sonra, mənbələrə görə bolqar əsgərləri və ya yunan yerliləri, Ədirnədə yerləşən müsəlmanların və yəhudilərin evlərini üç gün ərzində yağmaladı. Həmçinin Karnegi (Karnegi Beynəlxalq Sülh Fondunun) hesabatına görə, bolqar əsgərləri türk əsirlərə vəhşicəsinə davrandı və bəzilərini öldürdülər.

Edirne'nin Yaşadığı İşgaller - Dört İşgal Dönemi[ölü keçid]