Adsız Grand Theft Auto oyunu (və ya Grand Theft Auto VI) — Hazırda Rockstar Games tərəfindən inkişaf etdirilməkdə olan videooyun. Grand Theft Auto oyun seriyasının səkkizinci hissəsidir, Grand Theft Auto V (2013) oyunun davamıdır. Uzun müddət davam edən fərziyyə və sızmalardan sonra Rockstar 2022-ci ilin fevral ayında oyun üzərində işlədiyini təsdiq etdi. Oyunun tamamlanmamış versiyasından olan görüntülər sentyabr ayında sızdırılaraq, videooyun tarixində ən böyük sızdırılma hadisəsi kimi qeyd olundu.