Grand Theft Auto V

Grand Theft Auto VRockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən satışa çıxarılmış 2013-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Hekayəsi uydurma San Andreas ştatında cərəyan edir. Oyunda üç əsas personaj var — bank soyğunçusu Maykl De Santa, qanqster Trevor, narkotik və silah satıcısı Frenklin. Onlar oyun boyu çoxsaylı cinayət əməllərində iştirak edirlər.

Grand Theft Auto V
Hazırlayanlar Rockstar San Diego, Rockstar Toronto
Yayımlayanlar Rockstar Games, Softclub
Lokalizatorlar Rockstar Lincoln
Seriya Grand Theft Auto
Buraxılış tarixləri 17 sentyabr 2013, 10 oktyabr 2013[6], 18 noyabr 2014, 15 aprel 2015, 15 mart 2022[7]
Oyunun büdcəsi 256.000.000 $
Sonuncu versiya
Sonuncu beta-versiya
Janr döyüş-macəra oyunu[8], birinci şəxs atıcı, üçüncü-şəxs atıcı
Prodüser
Texniki məlumat
Platforma Xbox 360, PlayStation 3, Xbox One, PlayStation 4, Microsoft Windows[5], PlayStation 5
Oyun rejimi birnəfərli oyun[5], çoxnəfərli oyun[5], kooperativ oyun[d][5]
İnterfeysin dili ingilis dili
Daşıyıcı Blu-ray Disc, DVD, rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı, geympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunda personajları üçüncü şəxs və birinci şəxs baxış bucağından idarə etmək mümkündür. Oyun dünyası piyada və avtomobil vasitəsilə kəşf edilə bilər. Oyunçular missiyalar və digər fəaliyyətlər zamanı personajlar arasında keçid edə bilərlər. Oyundakı əksər missiyalar soyğunların planlaşdırılması və icrası ətrafında fırlanır. Bu oğurluqlar zamanı oyunçular atışma və sürücülüklə məşğul olacaqlar. Oyunçular oyunda qaydaları pozarsa, hüquq-mühafizə orqanları onların hərəkətlərinin nə qədər pis olmasından asılı olaraq onlara qarşı sərt tədbir görəcək. Grand Theft Auto Online eyni zamanda 30 oyunçunun birlikdə oynamasını dəstəkləyən oyunun multipleyer onlayn rejimidir.

Rockstar Games, GTA V-in sərbəst buraxıldığı anda, ən böyük oyun xəritəsi ilə ən iddialı layihə olduğunu söylədi. 2018-ci il üçün bütün platformalarda onun ümumi satışları 95 milyon nüsxəni aşır. Bu göstərici TetrisMinecraft oyunlarının birlikdə satış saylarından belə daha çoxdur.

Oyun seriyası tarixində ilk dəfə qəhrəmanlar arasında keçid etmək olan seriyadır.[9][10] Bəzi missiyalarda iki oyunçu mövcuddur, bəzi missiyalarda isə qəhrəmanlar arasında dəyişikliyə icazə verilmir. Normal oynanışda isə qəhrəmanlar arasında keçid sərbəstdir. Oyun 62 əsas missiyalardan ibarətdir. Quldurluq missiyaları missiya xaricində bir neçə yolla baş verə bilər.

Unikal qabiliyyətləri

[redaktə | mənbəni redaktə et]

Seriyada ilk dəfə olaraq, əsas qəhrəmanlar, digər qəhrəmanlara üstünlük verən xüsusi bacarıqlara malikdir. Franklin — avtomobil sürərkən vaxtı yavaşlatmasına malikdir ki, bu da avtomobil idarə edərkən manevr üstünlüyü verir. Franklinin bacarıq miqyasını doldurmaq üçün nəqliyyatda maksimal sürət yığmaq, qəzalardan qaçınmaq və ya əks zolaqda avtomobil sürmək lazımdır. Maykl — atəş əsnasında vaxtı yavaşlatır və nişanı asanlıqla vurmağa kömək edir. Mayklın bacarıq miqyasını doldurmaq üçün yüksək sürətlə səyahət etmək və ya rəqibləri bir atışla başından öldürmək tələb olunur. Trevor — düşmənlərə iki dəfə çox zərər verən qəhrəman. Trevorun bacarıq miqyasını tam doldurmaq üçün, daha çox rəqib öldürmək və atəşlərdən sürətlə qaçınmaq lazımdır.

Qəhrəmanların statistikası

[redaktə | mənbəni redaktə et]

Maykl, Franklin və Trevor fərdi göstəricilərin müxtəlif göstəricisi ilə oyuna başlayırlar. Qəhrəmanlar təcrübə qazandıqca, onların göstəriciləri də artır və bu da, öz növbəsində, bacarıqlarını artırır, reaksiya sürətləri və dözümlülüklərini artırır. Məsələn, əgər Maykl helikopterlə uçursa, bu zaman Mayklın uçuş göstəricisi yüksələcək. Və fərdi göstəricilər qəhrəmanların hər biri üçün fərdidir, yəni Franklin avtomobil sürərsə, sürət göstəricisi yalnız onda yüksələcək, Maykl və Trevorda bu göstərici dəyişməyəcək.

  • Xüsusi qabiliyyətlər: İstifadə edildikdə, müvafiq göstərici tədricən artacaq və onunla birlikdə xüsusi qabiliyyət ölçüsünün doldurulmasının sürəti artacaq.
  • Dözüm. Artan dözümlülük qəhrəmana uzun müddət yorulmadan, qaçmağa, üzməyə və velosiped sürməyə imkan verir, lakin yorulduqdan sonra bu aktivitilərin edilməsi, qəhrəmanın sağlamlığını itirməsi ilə nəticələnəcəkdir. Bu hərəkətləri yerinə yetirərkən dözümlülük göstəricisi artır.
  • Atışma. Yüksək atəş göstəricisi bütün növ silahlardan istifadə etmək qabiliyyəti təqdim edir və nişanın daha dəqiq görünməsini təmin edir. Bundan əlavə, qəhrəman daha çox döyüş sursatı daşıya bilər və silahları daha sürətli şarj etmək imkanı qazanır. Daha çox rəqiblərin vurulması, xüsusilə də başından birdəfəlik vurulması, atışma bacarığının göstəricisi daha da artacaq.
  • Güc. Təkmilləşdirilmiş güc, əl-ələ döyüşdə daha çox zərər verə bilər, nərdivanlarda daha sürətli dırmaşmağa, partlayış və ya yanğın zamanı daha az zərər əldə etməyə imkan verir. Həmçinin qəhrəman qolf və ya tennis oynarkən topu daha güclü şəkildə vurmağa imkan verir. Bu göstəricinin artırılması üçün oyunçu döyüşlərdə silahsız iştirak etməli və idmanla məşğul olmalıdır.
  • Gizlilik. Gizli rejimdə hərəkət edərkən daha yüksək gizlilik göstəricisi. Qəhrəman tərəfindən daha az səs çıxır, bundan əlavə, gizli rejimdə daha sürətli hərəkət etməyə imkan verir. Tez-tez gizli hərəkətdən istifadə və düşmən öldürmək bu göstəricinin sayını artırır.
  • Uçuş. Aşağı uçuş göstəricisində qəhrəman tərəfindən idarə olunan bütün nəqliyyat vasitələri burulmağa və sağa-sola hərəkətə daha çox məruz qalır. Yüksək uçuş göstəricisi təyyarəhelikopterlərdə daha yumşaq enməni təmin edir. Bu göstərici hava nəqliyyatının bütün növlərinin idarə edilməsinə təsir göstərir. Qəhrəman bu göstəricini artırmaq üçün daha çox helikopter və təyyarə sürməlidir. Daha sürətli qaldırmaq üçün oyunçu uçuş məktəbini ziyarət etməlidir.
  • Sürmə. Yüksək sürmə göstəricisi nəqliyyat vasitəsini idarə etməyə və arxa təkərdə sürməyə kömək edir. Qəhrəman sükan arxasında nə qədər çox vaxt sərf edirsə, oyunçu nə qədər arxa təkərə qaldırırsa və ya atlayaraq, xüsusilə də dörd təkər üstə yüksək yerdən aşağıya enirsə, bu göstərici də daha sürətli böyüyür.
  • Ağciyər həcmi. Böyük həcmdə ağciyərlər qəhrəman daha uzun müddət su altında qala bilməsinə kömək edir. Oyunçu su altında daha çox qalarsa, üzərsə və qaçarsa, bu göstərici artar.

Fəaliyyət yeri

[redaktə | mənbəni redaktə et]

Grand Theft Auto V-nun fəaliyyət yeri Los-Ancelesin prototipi olan Los-Santosdur. Los Santos ilk olaraq seriyanın əvvəlki oyunlarından birində — 2004-cü ildə buraxılmış Grand Theft Auto: San Andreas oyununda ortaya çıxmışdır. Oyun, şəhərdən əlavə, qəsəbələr, dağlar, meşələr, təpələr və "Bleyn County" adlı çimərliyin ətrafında dönür. Həmçinin ayrı oyun sahəsi olan — Şimali Yankton da (ing. North Yankton) vardır; Ehtimal olunur ki, Kanada sərhədi yaxınlığında həqiqətən mövcud Şimali Dakota ştatında yerləşən rayonlardan birinin prototipidir. Şimali Yankton adlı bu məkanda sadəcə bir yer var — Ludendorf. Lundendorfda keçən iki missiya istisna olmaqla Şimali Yanktona daxil olmaq mümkün deyil. Los Santos və ətraf ərazilər Grand Theft Auto: San AndreasVice City seriyalarından fərqli olaraq bütün xəritə əvvəldən oyunçular üçün açıqdır. Oyunda ümumilikdə daxil oluna bilən 39 məkan vardır. 2012-ci il üçün Game Informer jurnalının yanvar sayında, GTA V-də kartın ölçüsünün digər oyunlara nisbətən qat-qat böyük olacağını söyləyən Hauser ilə müsahibə dərc edilmişdir[11]. Əslində, GTA V oyununun xəritəsi GTA: Liberti-Siti IV-dən təxminən 7,5 dəfə, GTA: San Andreasdan 3.5 dəfə, GTA: Vice City, 14,6 dəfə, GTA III xəritəsindən 4 dəfə böyük olmağı bacarmışdır.[12]

Xəritə və radar

[redaktə | mənbəni redaktə et]

Bu oyunda ilk dəfə olaraq xəritə düzbucaqlı formaya malikdir və kameranın mövqeyindən asılı olaraq xəritənin baxış bucağı dəyişir. Bir qəhrəman hər hansı bir fiziki zərər alarsa, radar qırmızı rəngə çalır. Radarın altında sağlamlıq, xüsusi qabiliyyət və zireh səviyyəsini göstərən tərəzi vardır. Üstəlik, nəqliyyat vasitəsilə hər hansısa bir yerə səyahətiniz zamanı, xəritədə təyinat yerinə ən qısa marşrutu göstərir. Oyunun xəritəsini kəşf etdikcə, xəritənin miqyası bir o qədər də böyüyür.

Polis tərəfindən axtarış

[redaktə | mənbəni redaktə et]

Əgər oyunçu polislər tərəfindən təqib edilməyə başladısa, radar qırmızı-mavi rənglə yanıb-sönməyə başlayır. GTA IV-də radarda polislərin görə biləcəyi zona aydın şəkildə verilirdi, bu zonadan çıxdıqdan sonra axtarış ulduzları qısa zamanda sıfırlanırdı. Lakin GTA V-də bu zona qeyd edilmir, amma kifayət qədər uzaq məsafəyə gedirsinizsə və görünürlük zonasından gizlənirsinizsə, radarın yanıb-sönməsi yavaşlayacaq və axtarış ulduzları titrəməyə başlayacaq. Əgər radarda qeyd olunan polis avtomobillərinin və ya helikopterin görünmə zonasına düşsəniz, axtarış ulduzları yenidən artacaq, amma əgər başqa avtomobil vasitəsinə otursanız və polis məmurlarının görmə sahəsindən uzağa getsəniz, təqibdən uğurla çıxmaq şansınız olacaq. Avtomobil oğurluğu və partlayışı, polis əməkdaşlarının öldürülməsi, qumbaraların atılması, partlayıcı maddələr və digər qeyri-qanuni hərəkətlərinizə görə polis təqibi alırsınız. Oyundaki maksimum ulduz sayı 5-dir. Hərbi baza və ya həbsxanaya qeyri-qanunsuz keçmək və ya üzərindən uçmaq oyunçuya 4 ulduz polis təqibi verir.

Oyunçu 1 ulduzlu axtarış əldə edərkən kiçik polis qrupları sizi izləməyə başlayır. Polislərin gözü qarşısında cinayət törətsəniz, oyunçu dərhal 2 ulduz axtarışı əldə edir. 2 ulduz axtarışda təqib edən polis avtomobillərinin bir qrupu artır; polis avtomobilləri ən yaxın yollarda daha tez-tez rast gəlinir. Axtarışın 3-cü ulduzunda helikopter axtarışlara qoşulur, polis avtomobillərinin sayı da artır, yollarda polis avtomobillərindən barrikadalar tikilir. 4 ulduz əldə edildikdə isə, oyunçu üçün axtarış FIB (FBI-nin prototipi) işçiləri bu axtarışlara qoşulur. Sonuncu, 5 ulduz axtarış aldıqdan sonra, tanklar meydana çıxır və avtomobil, helikopterlərin sayı daha da artır. GTA IV-də olan 6 ulduzlu axtarış silindi, lakin tanklar və ordu oyuna geri qaytarıldı.

Missiyalar və məşğuliyyətlər

[redaktə | mənbəni redaktə et]

3 əsas qəhrəmanın hər biri üçün öz missiyası var. Seriyanın əvvəlki oyunlarında bir çox eyni tipli vəzifələr var idi. GTA V-də demək olar ki, bütün hekayə missiyaları bir-birlərindən fərqli və daha aksiyonludur. Həmçinin hər bir qəhrəmanın öz məşğuliyyəti vardır.[13] Frenkin ən böyük hobbilərindən biri avtomobildir. O daim avtomobilləri modifikasiya edir və onlarla şəhərdə gəzir. Trevor, spirtli içkiləri qəbul etməyi xoşlayır, demək olar ki, məşğuliyyəti yoxdur. Maykl isə varlı qəhrəmandır. Qolf, tennis oynamağı çox sevir.[14]

Oyunun sualtı dünyasına, seriyanın əvvəlki oyunlarda praktiki olaraq diqqət yetirilmədiyinə baxmayaraq, GTA V-də dənizlərin dibinə xüsusi diqqət yetirilmişdir. Sualtı dünya dalğıclar tərəfindən tədqiq edilə bilər. Okeanın altındakı xəritədə müxtəlif obyektlər vardır — gəmi qırıqları, sənədlər və s. Yan missiyalarda onları toplamaq lazım gəlir. Həmçinin okeanda batmış UFO tapa bilərsiniz.

Los Santos-da təbii ki, yalnız sağlamlığınızı məhv edə bilməzsiniz, həm də şəxsi məşqçi Fabien Larushem ilə tennis, yoqa ilə məşğul ola bilər, Country Club-un böyük sahələrində qolf oynayaraq qəhrəmanların sağlığını az da olsa, bərpa edə bilərsiniz.

GTA V-də, yeniliklərin əsas elementlərindən biri də bankların soyulmasıdır. Soyğunçuluq öz imkanlarından asılı olaraq oğurlanmış puldan daha çox faiz tələb edəcək müvafiq komandanı seçməklə bir neçə yolla həyata keçirilə bilər. Lakin komandanın az təcrübəli və ucuz üzvləri oyunçuya daha çox məsuliyyət tələb etdirər və oyunçu məsuliyyətsizlik etdiyi təqdirdə oğurlanmış pulun bir hissəsini itirə bilər. Tez bir şəkildə pul qazanmaq lazımdırsa, yanacaqdoldurma məntəqəsinə və ya mağazaya hücum etmək daha uyğundur.

Birjada ticarət

[redaktə | mənbəni redaktə et]

Oyundaxili saytlarda www.bawsaq.comwww.lcn-exchange.com saytlarında səhmlərin məzənnəsini izləmək və ticarətdə iştirak etmək mümkündür. Siz bununla rəqibləri aradan qaldıra bilər, fərdi şirkətlər və daxili informasiyada işləyən şəxsləri şantaj edə bilərsiniz.

Mağazalar və əyləncə

[redaktə | mənbəni redaktə et]

Qanunsuz qazanılmış pulları xərcləmək və ya sadəcə Los Santosda istirahət etmək müxtəlif yollarla mümkündür:

  • Mr. Vespucci Beach-də yerləşən Bike Rentals-da velosiped kirayələmək,
  • Tamamilə qanuni şəkildə, apteklərdən marixuana almaq,
  • Elitas Travel-də, uçuşlar üçün özəl təyyarələr, helikopterlər almaq,
  • Ailə münasibətlərini möhkəmləndirmək və qoruyub saxlamaq üçün məşhur psixoterapevtdən məsləhətlər almaq,
  • Ink Inc tatu-salonunda komplekslərinizi mürəkkəblə yaza bilər,
  • Herr Kutz bərbərxanasında görünüşünüzü dəyişdirin,
  • Los Santos şimalında şərabçılıq rayonunda yerləşən Merlou üzüm bağını ziyarət edin,
  • Əfsanəvi Motorsport-un ən eksklüziv avtomobillərini satın alın,
  • Los Santos Customs istifadə edərək, avtomobilinizin başqalarından seçilməsinə səbəb olun. Həmçinin, Los Santos Customs-da edilmiş modifikasiyadan sonra oğurlanmış avtomobil sizin şəxsi mülkiyyətinizə çevrilir,
  • Cache & Carry saytında müharibələrdə istifadə olunan yüksək zirehli avtomatlar alın,
  • Animal Ark-da ev heyvanınız üçün əşyalar alın,
  • Ammunation mağazasında bir neçə silah almaqla özünüzü və yaxınlarınız qoruyun,
  • Vanilla Unicorn striptiz klubunda gözəl qızlara heyran qalın,
  • Suburban, Robynson's və digər geyim mağazalarında qarderobunuzu yeniləyin.

GTA V oyun seriyasında, GTA IV-dən əsinlənən bir mobil telefon var. Hər hansısa bir şeyin alınması üçün istifadə edilə bilər.[15] GTA IV oyun seriyasındaki telefon ilə müqayisədə GTA V-dəki mobil telefonun funksionallığı əhəmiyyətli dərəcədə artıqdır.[16] Siz telefondan internetə giriş üçün istifadə edə bilərsiniz.[15] İnternetdə isə öz bank hesabınızı idarə edə, bir şey ala bilər, Los Santos məşhurunun bloqunu oxuya bilər, və ya sadəcə şirin pişiklərin şəkillərinə baxa bilərsiniz..

Oyundaki telefon iFruit adlanır və Apple şirkətinin iPhone modellərinin prototipidir. Mayklın telefonunun sistem versiyası İOS 6-dır. Android telefonlarının prototipi isə oyunun qəhrəmanlarında biri olan Franklində mövcuddur. Android prototipinin oyuniçi adı Offdroid-dir.[16]

Reabilitasiya adası kimi müxtəlif verilişlərin getdiyi bir televizor izləmək imkanınız var.

Möhtəşəm intellekt

[redaktə | mənbəni redaktə et]

Yeni nəsil Rockstar Oyun Mühərriyi, ilk dəfə GTA V-də sınandı və nəticədə, qəhrəmanlar öz aralarında ünsiyyət qura bilir, avtobus gözləyə bilir, evdə şənliklər təşkil edə bilir, hətta Los Santosda yerləşən Hilliad dağına yürüşlərə gedə bilirlər. Şəhərdə gəzən hər hansısa bir insanın yaxınlığında dayansanız, qəhrəmanınız onunla danışmağa çalışacaq, ancaq adətən insanlar əlində olan şeylər — qəhvə, telefon və ya kitabı yerə ataraq, sizdən cəld uzaqlaşmağa başlayırlar. Şəhərdə gəzən birini təqib etsəniz, bir müddət sonra o, bunu başa düşəcək və sizdən qaçmağa başlayacaq. Əgər siz, şəhərdə gəzən bir qadına uzun müddət baxsanız, o sizin bir manyak olduğunuzu düşünəcək, və cəld polisə zəng vuracaq. Çox nadir hallarda, bu insanlar problemi anlayır və sizinlə döyüşə çıxır. Həmçinin, çimərlikdə istirahət edənləri tapa bilərsiniz. Axşam onlar tonqal yandırırlar, bəziləri gitara çalır və öz keçmişlərini xatırlayırlar.

2012-ci ilin mart ayında IGN portalına verdiyi müsahibədə Hauser Max Payne 3 Multiplayer rejiminin bəzi xüsusiyyətləri barədə danışdı. Müsahibədə, Max Payne 3-də olduğu kimi, GTA V-də də "şəbəkə" sistemi yaradılacağını bildirdi. Oyunçular öz Rockstar hesabları ilə bir-birlərini dostluğa əlavə edə biləcək, sonra isə onlarla onlayn vəziyyətdə oynaya biləcəklərini açıqladı. O, həmçinin qeyd etdi ki, son bir neçə ildə multipleyer oyunlara olan maraq artmışdır, buna görə Rockstar Games öz oyunlarının online aspektlərini fəal şəkildə inkişaf etdirmək niyyətindədir. Bu ideyaların inkişafı GTA 5-in online versiyası olan: Grand Theft Auto Onlaynın yaranması ilə nəticələndi.

Grand Theft Auto seriyasında ilk dəfə olaraq qarşılıqlı əlaqə saxlaya biləcəyiniz heyvanlar ortaya çıxdı. Heyvanların oyunda yer alacağını qeyd etmək üçün oyunun ilk treylerində bir it və onu gəzdirən adam var idi. Bundan sonra, sonrakı treylerlərdə də heyvanlar bir neçə dəfə görüldü və hətta treylerdən birində: onları ovlamağın belə mümkün olacağı bildirilmişdi. GTA V-dəki heyvanlar oyunçuları məmnun etmişdi, lakin Multiplayer versiyasında heyvanlara rast gəlinmirdi. Oyunun əsas qəhrəmanlarından biri — Franklinin, məşq edə biləcəyiniz, oynaya biləcəyiniz Çop ləqəbli bir iti var idi. Oyunda heyvanlar aləmi kifayət qədər müxtəlifdir. Siz oyuda itlərə, köpəkbalığına, adi üzən balıqlara, qağayılara, marallara, dağ şirlərinə, çöldonuzlarına, inəklərə və hətta pişiklərə belə rast gələ bilərsiniz.

2004-cü il, Ludendorf, Şimali Yankton. Peşəkar soyğunçular və ən yaxşı dostlar — Maykl Taunli, Trevor Filips və Brad Snayder yerli banka hücum edirlər. Quldurluq hələ ki yaxşı gedir, lakin sonradan avtomobil qəzaya düşür və qəhrəmanlar piyada qaçmaq məcburiyyətində qalırlar. Brad və Mayklı FBI agenti — Deyv Norton silah atəşinə tutur. Trevor isə bu situasiyadan qaçmağı bacarır.

Lakin sonradan məlum olur ki, Mayklın ölümü səhnələşdirilmişdi. O, soyğunçuluğa qədər şahidlərin müdafiəsi proqramına daxil oldu və FIB ilə əməkdaşlığa başladı, özünü və ailəsini xilas etmək üçün dostlarını pusquya saldı. Oğrulardan biri onun tələsinə düşüb, FIB tərəfindən atəşə tutulduqdan sonra, o, FIB-dən bahalı bir saray, külli miqdarda pul alır və "Taunli" soyadını "de Santaya" dəyişir.

Oyun 2013-cü ildə Los Santos, San Andreas şəhərində keçir. Maykl ailəsi ilə sıx əlaqələrə malikdir: həyat yoldaşı Amanda daim pullarını sərf edir və ona xəyanət edir, oğlu Cimmi videooyunlar və narkotiklərlə maraqlanır, qızı Treysi isə pornoqrafik filmlərdə çəkilmək üçün daim çalışır. Maykl, psixoterapevt Yeşaya Fridlenderin yanında seanslara gedir, amma onun fikrincə, psixoloq ona heç də kömək etmir.

Küçədə iki afroamerikalı — Frenklin Klinton və onun dostu Lamar Devis Mayklaya müraciət edir və bir evin ünvanını soruşurlar. Sonradan Mayklı təqib edirlər və sonradan onun avtomobil salonundan iki sport avtomobil qaçırırlar.

Sonda isə, oyunçu qarşısında seçim var: ya Trevoru öldürmək, ya da Mayklı öldürmək və ya hər ikisini xilas etmək.

Əsas qəhrəmanlar

[redaktə | mənbəni redaktə et]
Oyunda keçən əsas qəhrəmanlar

Grand Theft Auto V-da müxtəlif hekayələri olan üç əsas qəhrəman vardır. Hər birinin öz xüsusiyyətləri, hobbisi, maraq dairəsi, dostları, müəyyən bacarıqları və unikal nəqliyyatları var. Oyunçular müəyyən missiyaları tamamlayaraq qəhrəmanları aça biləcəklər. Rockstar Games-in sözlərinə görə, Michael yaradılan ilk qəhrəmandır, Franklin isə sonuncu qəhrəmandır. Müsahibələrdən birində dan Hauser bildirib ki, əvvəlcə süjetdə yalnız Michael iştirak etməli idi, lakin developerlərdən biri 3 qəhrəman etməyi fikrini irəli sürdü və bu onların xoşuna gəldi.

  • Franklin Klinton — Grand Theft Auto V-in üç əsas simvolundan biridir, afroamerikalı, 25 yaşı var. Oyunun əvvəlində erməni kriminal avtomobil satıcısı olan Simon Etaryana işləyirdi. Oyunun ssenarisinin sonunda onun qarşısına çətin seçim qoyulur: Michaelı öldürmək, Trevoru öldürmək və ya heç birini öldürməmək. Sean Fonteno tərəfindən səsləndirilmişdir.
  • Michael de Santa (əsl adı Michael Taunsli) — AFR şahidlərinin müdafiəsi proqramının nəzdində faəliyyət göstərən keçmiş bank quldurudur. Michael 48 yaşındadır. Həyat yoldaşı- Amanda və iki uşağı ilə birlikdə Rokford Hills rayonunda yerləşən evdə yaşayırlar. Ned Luke tərəfindən səsləndirilmişdir.
  • Trevor Filips — Michael onunla birlikdə bankları qarət edən köhnə ən yaxşı dostudur. Keçmiş hərbi təyyarəçi narkotik maddə daşımaqla məşğuldur. Ruhi cəhətdən balanssız biridir. Stifen Oq tərəfindən səsləndirilmişdir
GTA V Soundtrack
Yayımlanma tarixi 24 sentyabr, 2013
Janr döyüş-macəra oyunu[8], birinci şəxs atıcı, üçüncü-şəxs atıcı
Müddət 216:13 (toplamda)
63:17 (Volume 1)
78:40 (Volume 2)
74:16 (Volume 3)
Dil ingiliscə
Leybl Rockstar Games  • Mass Appeal
Prodüser
Albom xronologiyası
"Max Payne 3 Soundtrek"
(2012)
"GTA V Soundtrack"
(2013)
"Welcome to Los Santos"
(2015)

GTA V Soundtrek — oyunun musiqi komponenti. GTA V Saundtrekin əsas hissəsi, əvvəlki GTA seriyası oyunlar kimi, oyuniçi radio stansiyalarından ibarətdir və hər bir radio müəyyən bir üslubda musiqi ifa edir.[17] Oyunçu hər hansı bir nəqliyyat vasitəsinə oturduqda musiqi səslənməyə başlayır. Grand Theft Auto V 20 radiostansiyadan və 240-a yaxın lisenziyalaşdırılmış musiqidən ibarətdir.[18] Seriyanın digər oyunlarından fərqli olaraq, musiqi dinləmək funksiyası bəzi missiyalarda da ortaya çıxıb.[19][20]

Oyunun buraxılmasından bir həftə sonra, Rockstar Games şirkəti Grand Theft Auto V saundtrekini üç diskdə buraxdı.[21] Bu disklərdə oyuniçində keçən bütün radiolarda çalan musiqilər yer alırdı. Elektronik musiqilər bir diskdə, keçmiş 80'ci illərin musiqiləri 2-ci diskdə, geri qalan üslubda musiqilər isə 3-cü diskdə toplaşmışdır.[22]

18 noyabr 2014-cü il yeni nəsil oyun sistemləri üçün oyunun yenilənmiş versiyası buraxıldı. Digər funksiyalar xaricində, oyunun yeni versiyasına 162 yeni trek əlavə edildi.

14 aprel 2015-ci ildə Oyunun versiyası Windows əməliyyat sistemi üçün çıxdı. Deyilənə görə, kompüter versiyasında oyuna parçaları (Self-radio stansiyası) əlavə etmək imkanı var idi. Oyunun kompüter versiyasına eksklüziv The Lab radiostansiyası da əlavə edildi. Bu radioda iTunes-də lisenziyalaşdırılmış yeni 14 musiqi meydana çıxdı. 8 iyul, "Çirkli Pul: Part 2" güncəlləşdirməsindən sonra, bu stansiya oyunun bütün dörd konsol versiyasına da daxil oldu.

12 dekabr 2017-ci il tarixində "Qiyamət günü" güncəlləşdirməsi ilə birlikdə oyuna yeni Los Santos 97.8 FM radiostansiyası əlavə edildi.

24 iyul 2018-ci il tarixində "Gecə Həyatı" əlavə edildi. Oyuna dörd DJ-in qarışıqları əlavə edildi.

İyulun 31-də oyunda Los Santos Underground radiostansiyası çıxdı. Beləliklə, DJ-lərin treklərini yalnız gecə klublarında deyil, həm də nəqliyyat vasitəsində gedərkən bu radioda eşitmək mümkün oldu.

GTA 5-dəki radioların siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Channel X
  • East Los FM 106.2
  • FlyLo FM
  • Los Santos Rock Radio
  • NightRide FM
  • Non Stop Pop FM
  • Radio Los Santos
  • Blaine County Talk Radio
  • Radio Mirror Park
  • Rebel Radio
  • Soulwax FM
  • Space 103.2
  • The Blue Ark FM
  • The Lowdown 91.1
  • Vinewood Boulevard Radio
  • West Coast Classics
  • West Coast Talk Radio
  • WorldWide FM

Oyunun tarixçəsi

[redaktə | mənbəni redaktə et]

sentyabr 2009-cu ildə Take-Two İnteraktivin baş direktoru Ştraus Zelnik Grand Theft Auto V oyununu yaxın gələcəkdə elan etmək niyyətində olmadığını söylədi.[23] Həmin ilin noyabrında The Times qəzetinə müsahibəsində Hauser GTA V-nin hazırlanmasının artıq getdiyini və oyunun ssenarisinin 1000 səhifəyə çatdığını təsdiqlədi. 2010-cu ilin iyul ayında Rockstar Games öz saytına, Grand Theft Auto seriyasının inkişafı ilə əlaqəli ola biləcək yeddi vakansiya yerləşdirdi.[24]

25 oktyabr 2011-ci il tarixində 12:00-da Rockstar Games şirkətinin rəsmi saytında GTA 5 oyununun loqosu nümayiş etdirildi[25][26] və treylerinin 2 noyabr 2011-ci ildə yayımlanacağı bildirildi. Təyin olunmuş vaxtda, Los-Ancelesin prototipi olan Los Santos şəhərindən olan görüntülərin yer aldığı treyler yayımlandı.[27] GTA VI Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine versiyasının isə bu ilin sonuna qədər yayımlanacağı gözlənilir.

  1. 1 2 GTAV Title Update 1.54 Notes (PS4 / Xbox One / PC) (ing.).
  2. 1 2 Actualización 1.36 de GTAV (solo PS3) (isp.).
  3. 1 2 GTAV Title Update 1.29 Notes (PS3/Xbox 360) (ing.).
  4. 1 2 https://web.archive.org/web/20211215090225/https://www.gtabase.com/news/grand-theft-auto-v/title-updates/gta-online-the-contract-update-december-2021-patch-notes-fixers.
  5. 1 2 3 4 Steam. 2003.
  6. https://web.archive.org/web/20130718101703/http://www.computerandvideogames.com/419205/gta-5-new-details-japanese-release-date-confirmed.
  7. Digioia A. GTA V per PS5 e Xbox Series X/S uscirà il 15 marzo: Rockstar svela i dettagli della versione next-gen (ing.): Nuove informazioni anche sulla versione standalone di GTA Online. // IGN San Francisco: 2022.
  8. 1 2 http://store.steampowered.com/app/271590/Grand_Theft_Auto_V/.
  9. Tamoor Hussain. GTA V full details: Bank heists, dynamic missions and underwater gameplay Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine (ingiliscə).Computer and Video Games (8 noyabr 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  10. David Scammell. GTA 5 — All the Game Informer details Arxivləşdirilib 2015-11-21 at the Wayback Machine (ingiliscə). VideoGamer.com (8 ноября 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  11. Dan Houser GTA V Game Informer Question Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine (ingiliscə). Game Informer. İstifadə tarixi: 3 oktyabr 2012. 4 oktyabr 2012-ci ildə arxivlənmişdir.
  12. Comparing GTA 5 Map to another GTA Series Arxivləşdirilib 2019-12-01 at the Wayback Machine. (ingiliscə) İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  13. Tamoor Hussain. GTA V full details: Bank heists, dynamic missions and underwater gameplay Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine (ingiliscə). Computer and Video Games Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine (8 ноября 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  14. David Scammell. GTA 5 — All the Game Informer details Arxivləşdirilib 2015-11-21 at the Wayback Machine (англ.). VideoGamer.com Arxivləşdirilib 2022-09-09 at the Wayback Machine (8 noyabr 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  15. 1 2 Tamoor Hussain. GTA V full details: Bank heists, dynamic missions and underwater gameplay Arxivləşdirilib 2014-12-04 at the Wayback Machine (ingiliscə). Computer and Video Games (8 noyabr 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  16. 1 2 David Scammell. GTA 5 — All the Game Informer details (ingiliscə). VideoGamer.com Arxivləşdirilib 2015-11-21 at the Wayback Machine (8 noyabr 2012). İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  17. GTAV Soundtrack Interviews and Details Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  18. Flying Lotus Gets His Own Radio Station in Grand Theft Auto V Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2013-cü ildə arxivlənmişdir.
  19. Inside the Grand Theft Auto V Soundtrack Arxivləşdirilib 2017-08-07 at the Wayback Machine. İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  20. Grand Theft Auto V Radio Station Soundtrack Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  21. The Music of Grand Theft Auto V: Three Volume Digital Album Now Available on iTunes | Rockstar Games Arxivləşdirilib 2017-10-12 at the Wayback Machine. İstifadə tarixi: 13 iyun 2018. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  22. The Music of Grand Theft Auto V Arxivləşdirilib 2017-08-30 at the Wayback Machine. İstifadə tarixi: 20 aprel 2019. 10 dekabr 2012-ci ildə arxivlənmişdir.
  23. Andy Robinson. Take-Two on the GTA V announcement. Computer and Video Games Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine (2 sentyabr 2009). İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  24. Tim Ingham. Rockstar hiring for GTA 5? Computer and Video Games Arxivləşdirilib 2011-09-04 at the Wayback Machine (27 iyul 2010). İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  25. Matthew Humphries. Rockstar Games officially announces GTA V Arxivləşdirilib 2012-11-01 at the Wayback Machine (25 oktyabr 2011). İstifadə tarixi: 23 aprel 2019. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  26. Tom Phillips. Rockstar announces Grand Theft Auto 5 Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine (25 oktyabr 2011). İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.
  27. R* Q. Grand Theft Auto V Official Announcement Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine, Rockstar Games (3 noyabr 2011). İstifadə tarixi: 13 iyun 2012. 1 sentyabr 2012-ci ildə arxivlənmişdir.