Adskaya poçta (rus.Адская почта) — karikaturaçı və naşir Zinoviy Qrjebin və rəssam Yevgeni Lansere tərəfindən həftəlik illüstrasiyalı siyasi satira ədəbi-bədii jurnalı.[1][2] Baş redaktor vəzifəsini P. N. Troyanski tuturdu. Nəşr 1906-cı ildə Sankt-Peterburqda işıq üzü görmüş, cəmi 3 nömrəsi çıxmışdır. Dördüncü nörmə hazırlanmışdı, lakin mətbəədə müsadirə edilmişdir.[3][4]
"Adskaya poçta" jurnalı Fyodor Emin tərəfindən 1769-cu ildə nəşr olunan eyni adlı aylıq nəşrin adını almışdır. Yeni "Adskaya poçta"nın əsl təsisçisi naşir və karikaturaçı rəssam Zinoviy Qrjebin idi. O, 1906-cı ilin əvvəlində Krestidə 13 aylıq həbs cəzasını çəkmiş və bu cəzanı əvvəlki jurnalı olan "Jupel"də sərt antimonarxist illüstrasiyaları və məqalələri dərc etdiyinə görə almışdı. Məhkəmənin qərarı ilə Qrjebin nəşriyyat fəaliyyəti hüququndan məhrum edilmiş, lakin həbsdə olduğu müddətdə qapalı jurnalın demək olar ki, bütün redaksiyasını və bir çox müəlliflərini saxlaya bilmiş, "Adskaya poçta" adı ilə nəşrini davam etdirmişdir. Rəsmi qadağadan keçmək üçün yeni jurnal təsisçi kimi rəssam Yevgeni Lanserenin adından istifadə edirdi.[5][6][7]
Yazıçılar Leonid Andreev, Konstantin Balmont, İvan Bunin, Vyaçeslav İvanov, Fyodor Sologub, Aleksandr Kuprin və başqaları"Adskaya poçta" ilə əməkdaşlıq edirdilər.[8][9]
Петинова Е. Ф. От академизма к модерну: русская живопись конца ХIХ- начала XX века // Лансере Евгений Евгеньевич. СПб.: Искусство. 2006. 433.
Добужинский М. В. Воспоминания о художниках. Гржебин // Воспоминания. Москва, Берлин: Direct Media. под ред. Суриса Л. М. 2016. 593–599. ISBN978-5-4475-8948-6.
Гусаров А. Ю. Доходный дом Змеевых // Знаменитые петербургские дома. Адреса, история и обитатели. Центрполиграф. под ред. Устинова М. Е. 2016. ISBN978-5-227-06689-3.
Добужинский М. В. Примечания // Воспоминания. Москва: Наука. Стернин Г. Ю. 1987. 447–449.
Мойсинович А. М. Первая русская революция на страницах сатирических журналов // Демидовский временник. Материалы научной конференции, посвященной 25-летию исторического факультета. Ярославль: М-во образования и науки Российской Федерации, Ярославский гос. ун-т им. П. Г. Демидова. редкол.: В. В. Дементьева (отв. ред.), Ю. Ю. Иерусалимский (отв. ред.), Е. В. Спиридонова. 2013. 136–138. ISBN978-5-8397-0959-1.
Боцяновский В. Ф. Русская сатира первой революции // Русская сатира первой революции 1905–1906. Ленинград: Гос. изд-во. В. Боцяновский, Э. Голлербах. 1925. 44–165.